Azərbaycanını bəzi bölgələrində ta qədimdən qız qaçırma ənənəsi mövcuddur. Respublikanın bir sıra bölgələrində elçiliklə qız almaq əvəzinə qaçırma yoluna üstünlük verilir. Belə hallar ya evlənmək istəyən gənclərin ailəsi izdivaca razı olmayanda baş verir, ya da qızın özü oğlana ərə getmək istəməyəndə onu zorla qaçırırlar. Çox təəssüf ki, bu ənənə indi də qalmaqdadır. Baxmayaraq ki, Azərbaycan qanunvericiliyinə görə, qız qaçırma adam oğurluğu hesab edilir.

Ağdamda qaçırılan məktəbli qız isə ailəsinə təhvil verilib.

Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən məlumat verilib: “Ağdamda yeniyetmə qızın qaçırılması ilə bağlı məlumat daxil olan kimi Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzi hadisəni araşdırıb”.

Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzinin psixoloqları ailəyə baş çəkəcək: “Qız artıq ailəyə qaytarılıb. Mərkəzin psixoloqları qızla söhbət edəcək, psixoloji dəstək göstəriləcək”.

Qeyd edək ki, İmamqulubəyli qəsəbə tam orta məktəbinin 10-cu sinif şagirdi G.M. məktəbdən qayıdarkən qaçırılıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN