Deyilənə görə, hazırda Bakıda elə imkanlı ailələrin övladları var ki, hər ay eyş-işrətə, əyləncəyə külli məbləğdə pul xərcləyirlər. Məsələ ondadır ki, təqdir etmədiyim bu yaşam tərzi o qədər də səs-küyə səbəb olmur. Salyan rayonunda inşaat materialları mağazasının mühasibi Ruslan Mustafayev də fələkdən bir gün çalıb istirahət etmək, əylənmək, kef çəkmək istəyib, amma...

Salyan rayonunda inşaat materialları mağazasında oğurluq olub.

Hadisə noyabr ayında qeydə alınıb.

Belə ki, İ.Ağayevə məxsus inşaat materialları mağazasından ümumilikdə 65 min manat pul oğurlanıb.

Salyan Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən mağazanın mühasibi Ruslan Mustafayev saxlanılıb.

İstintaqda ifadə verən R.Mustafayev bildirib ki, həmin pulların bir qismini Bakıda yeyib-içməyə, bahalı hotellərdə gecələməyə xərcləyib...

E.ŞİRİNOV

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN