Gənclər və İdman Nazirliyinin saytında 4 il əvvəl rəhmətə gedən şəxsin hələ də vəzifədə olduğu göstərilib.

Belə ki, nazirliyin İdman Federasiyaları bölməsində Kontakt Karate Federasiyasının prezidenti vəzifəsində Ağayev Ariz Arif oğlu göstərilib.

O isə 2017-ci ildə infarktdan dünyasını dəyişib. Bu barədə bütün KİV vasitələri məlumat yayıb.

Qeyd edək ki, dövlət qurumlarının saytlarının yenilənməməsi ilə bağlı dəfələrlə yazılıb. Çünki əksər nazirliklərin, qurumların saytları yenilənmir və informasiyalar köhnədir. Yuxarıda qeyd etdiyimiz fakta isə təsadüfən Gənclər və İdman Nazirliyi ilə bağlı araşdırma yazı üçün sözügedən qurumun saytına daxil olduqda qarşımıza çıxdı.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN