...Bu günlərdə Azərbaycan DTX 200-ə yaxın Azərbaycan vətəndaşını sosial şəbəkə üzərindən gizli intim videolarını çəkib sonradan şantaş edən Macarıstan sakinlərinin həbsinə nail oldu...

İndi bu cür şantajlar bizim yerli fırıldaqçıları şirnikləndirib. Belə ki, sosial şəbəkələrdə bir çox insanın şəxsi foto və videogörüntülərini ələ keçirərək onlardan pul tələb edən şəxs müəyyən edilib. Prokurorluq və polis əməkdaşları tərəfindən keçirilən əməliyyatla sosial şəbəkə istifadəçilərini şantaj edən Bakı şəhər sakini Kamran İsgəndərov saxlanılıb. İsgəndərov barəsində Cinayət Məcəlləsinin 182.1-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanılaraq, barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs-qətimkan tədbiri seçilib. Faktı Baş Prokurorluğun mətbuat xidmətindən yerli KİV-lərə təsdiq ediblər.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN