"Mənə görə narahat olmayın, indi əsas birlik və həlledici hücuma hazırlıqdır, bu hücumun vaxtı tezliklə gələcək”.

Eks prezidentin bu müraciəti Rustavi həbsxanasına köçürüldükdən sonra "facebook" media hesabında qeyd olunub. O, bildirib ki, tezliklə güclü bir mübarizə başlayacaq: “Nə edirlərsə etsinlər, mən bundan heç qorxmuram. Əksinə, döyüş ruhum, qələbəyə inamım artır. Mənə görə narahat olmayın! İndi əsas olan birlik və həlledici hücuma hazırlıqdır. Bu hücumun vaxtı tezliklə gələcək. Mənə gəlincə, Qorinin "reabilitasiyası" zamanı aldığım travmaları tezliklə sağaldacağam və daha da enerjili şəkildə mübarizəmi davam etdirəcəyəm. Hərşeyə rəğmən çox güclü və nikbinəm", - deyə M. Saakaşvili qeyd edib.

Bir müddət əvvəl hakimiyyətin onu Yeni il ərəfəsində azad edərək Ukraynaya göndərəcəyi barədə proqnozlar deyilirdi, lakin hələki bu dəqiqələrədək hansısa məlumat yoxdur...

A.Məmmədli

 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN