"Təəssüf ki, bəzi müstəsna hallar olur, haqsız və düzgün olmayan qiymətləndirmələr eşidirik və bu da onun bir nümunəsidir".

"Təzadlar" xəbər verir ki, bu sözləri "Gürcü Arzusu" partiyasının rəhbəri İrakli Kobaxidze, ABŞ- səfirliyinin Dövlət Müfəttişliyi Xidmətinin ləğvi ilə bağlı bəyanatını şərh edərkən deyib. Onun sözlərinə görə, bu cür bəyanatlar Gürcüstan cəmiyyətinin Qərb tərəfdaşlarına olan inamını sarsıdır: "Bizim tərəfdaşlarımızla otuz illik çox uğurlu əməkdaşlıq təcrübəmiz var. Çox vaxt biz onlardan məsləhətlər alırıq və təbii ki, bu məsləhətlərə qulaq asırıq. Bəzən belə müstəsna hallar da olur ki, onlardan haqsız və düzgün olmayan qiymətləndirmələr eşidirik və bu da onun bir nümunəsidir. Təəssüf ki, bu cür bəyanatlar Gürcüstan cəmiyyətinin Qərb tərəfdaşlarına olan inamını sarsıdır, bu da yaxşı hal deyil və biz buna imkan verməməliyik! Ona görə də ictimaiyyəti düzgün məlumatlandırmaq bizim üçün vacibdir",-deyə Kobaxidze bildirib. Xatırladaq ki, ABŞ səfirliyi Gürcüstan hökumətini Dövlət Müfəttişliyinin ləğvi ilə bağlı tənqid edib və bu cür halların Gürcüstanın NATO və Avropa İttifaqına daxil olmaq istəklərini sarsıtdığını bildirilib.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN