Tokayev:  “...Ən ciddi cinayət məsuliyyətinə” cəlb ediləcəklər."

Qazaxıstan polisi iğtişaşlar zamanı 3811 nəfəri saxlayıb,  26 nəfəri isə zərərsizləşdirib.

Sputnik Qazaxıstan ölkənin Daxili İşlər Nazirliyinin məlumatına istinadən xəbər verib ki, iğtişaşlar nəticəsində bütün Qazaxıstan üzrə saxlanılanların sayı 3811 nəfərə çatıb, 26 nəfər zərərsizləşdirilib, daha  26 nəfər isə yaralanıb.

Bir qədər əvvəl isə KİV-də Terrorizmlə Mübarizə Qərargahına istinadən 3706 nəfərin saxlanıldığı barədə məlumat yayılmışdı.

Xatırladaq ki, Qazaxıstan prezidenti Qasım-Jomart Tokayev hüquq-mühafizə orqanlarına və orduya terrorçulara xəbərdarlıq etmədən birbaşa atəş açmaq barədə əmr verib.

Tokayev iğtişaşlar zamanı saxlanılanların “ən ciddi cinayət məsuliyyətinə” cəlb ediləcəyini bildirib.

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN