Naməlum şəxslər Ermənistanın və Belarusun Moskvadakı səfirliklərində partlayış baş verəcəyini bəyan edərək,

qoşunların Qazaxıstan ərazisindən çıxarılmasını tələb ediblər. Bu barədə TASS-a hüquq-mühafizə orqanlarındakı mənbədən məlumat daxil olub. 

Mənbənin agentliyə verdiyi məlumata görə, bir gün əvvəl məlum olub ki, Ermənistan və Belarus səfirliklərinin elektron poçtuna partlayış təhlükəsi ilə bağlı məktub göndərilib və məktubda naməlum şəxslər bu ölkələrin qoşunlarının Qazaxıstan ərazisindən çıxarılmasını tələb ediblər. 

Xəbər verən şəxsin sözlərinə görə, binalara baxış keçirilib, lakin heç bir partlayıcı qurğu və ya partlayıcı maddə aşkar edilməyib.

 Xatırladaq ki, Qazaxıstanda etiraz aksiyaları yeni ilin elə ilk günlərində başlayıb. Buna səbəb Manqistau bölgəsində təbii qazın qiymətinin bahalaşması olub.

Vəziyyətlə əlaqədar Prezident Qasım-Jomart Tokayev komissiya yaradılmasını əmr edib və yanvarın 4-də o, etirazçıların əsas tələbini yerinə yetirməyə və qazın qiymətini aşağı salmağa hazır olduğunu bildirib. Lakin etirazlar digər şəhərlərə də yayılır. Etirazçılar yanvarın 4-ü axşam saatlarında Alma-Atada qaz və səs-küylü qumbaralardan istifadə edən təhlükəsizlik qüvvələri ilə toqquşub.

 Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev Qazaxıstanda kütləvi etirazların yatırılmasına kömək üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) müraciət edib. Yanvarın 6-na keçən gecə Ermənistanın baş naziri Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Təşkilatının  sədri kimi bildirib ki, iştirakçı ölkələrin liderləri Qazaxıstana kollektiv sülhməramlı qüvvələrin göndərilməsi barədə qərar qəbul ediblər. 

Və hal-hazırda KTMT-nin sülhməramlı qüvvələri Qazaxıstandadır. KTMT-nin baş katibi Stanislav Zas KİV-ə açıqlamasında bildirib ki, onların ölkə ərazisində qalma müddəti vəziyyətdən və respublika rəhbərliyinin qərarından asılı olacaq... 

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN