Alma-Ata vilayətinin hüquq-mühafizə orqanları Uştobe şəhərindəki pravoslav qəbiristanlığında törədilən dağıntılarada şübhəli bilinən şəxsi saxlayıb.

Bu barədə polisdən bildirilib. Həmin şəxsin psixi xətəlikdən əziyyət çəkdiyi qeyd edilir.

Polisin yaydığı məlumatda  "Psixi pozuntudan əziyyət çəkən 34 yaşlı Uştobe şəhər sakini, dəfn yerlərini dağıtmaqda şübhəli bilinir. Saxlanılan şəxsin cinayət əməlində iştirakı şahid ifadələri və ekspertizanın nəticələri ilə təsdiqlənir. Qəbirlərin yanvarın 16-da təhqir edildiyi müəyyən edilib”, - bildirilib. Həmçinin qeyd edilib ki, qəbiristanlıqda heç bir oğurluq faktı müəyyən edilməyib və şübhəli şəxs rayon psixonevroloji dispanserinə yerləşdirilib.

 Xatırladaq ki, ötən gün Alma-Ata vilayətinin Uştobe şəhərində yerləşən pravoslav qəbiristanlığında, naməlum şəxslər tərəfindən 20-dən çox xaçın, qəbirlərin hasarlarının və abidələrin sökülməsi barədə məlumat yayılmışdı.

Baş verənlərlə bağlı Qazaxıstan prezidenti Qasım-Jomart Tokayev daxili işlər naziri Erlan Turqumbayevə pravoslav qəbiristanlığını təhqir edən şəxslərin tapılıb, məsuliyyətə cəlb edilməsini tapşırmışdı.

Qeyd edək ki, Uştobe qəbiristanlığında baş verənlərin videolenti dünya KİV-də, sosial şəbəkələrdə yayımlanıb. Videolara insanlar müxtəlif şərhlər yazaraq münasibətlərini bildirirlər. Çox təəssüf ki, yazılan  bəzi şərhlərdə üzdəniraq ermənilər  baş verənlərlə bağlı azərbaycanlıları günahlandırmağa çalışırlar,  guya bu vandallıqları Almaatıda yaşayan azərbaycanlılar törədiblər... Bu qədər utanmaz yalan, iftira, absurd fikirlər yalnız erməni təxəyyülünün məhsulu ola bilər. Qarabagda vəhşi kimi qəbirləri qazıb dağıdaraq mərhumların ağızlarında qızıl diş axtaranlar, Azərbaycanın bu cənnət guşəsini sökərək, talayaraq tarmar edənlər, guya azərbaycanlıların adını hallandırmaqla xalqlarımız arasına təfriqə salmağı düşünürlər... Halbuki bütün dünyaya məlumdur ki, Bakıda, bizlə düşmənçilik edən ermənilərin belə qəbiristanlığına heç kəs zərər verməyib, əksinə qorunub saxlanılıb.

Və xalqımız heç bir dönəmdə, düşmənin  inanc yerlərini, yaxud qəbiristanlıqlarını dağıdaraq, təhqir edərək öc almayıb. Qəddarlıq, vandallıq ermənilərə xas olan xüsusiyyətdir: Qarabağ boyda təkzibolunmaz fakt isə bütün dünyanın gözü qarşısındadır...

 

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN