Qaradağ rayonunda fəaliyyət göstərən şirkətdə qaynaqçı vəzifəsində işləyən

1963-cü il təvəllüdlü İlqar Şamilovun yanvarın 27-də iş yerində ölməsi barədə rayon prokurorluğuna məlumat verilib.

Baş Prokurorluqdan verilən məlumata görə, aparılmış araşdırmalarla İlqar Şamilovun üzərindən mobil kranın keçməsi nəticəsində aldığı xəsarətlərdən hadisə yerində öldüyü müəyyən olunub.

Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, məhkəmə-tibb və məhkəmə-texniki təhlükəsizlik ekspertizaları təyin olunub və digər zəruri tədbirlər yerinə yetirilib.

Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq hərəkətləri davam etdirilir.

TEZADLAR.AZ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN