...İndi həm də Gürcüstan Rusiyanın əsəblərini sınaqdan keçirir. Belə ki, NATO Birgə Təlim Mərkəzinin (JFTC) komandanının müavini, Baş Qərargah rəisi, briqada generalı Cozef Spişak Gürcüstana səfəri çərçivəsində Vazianidəki Döyüş Təlim Mərkəzində olub.Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata əsasən, NATO generalını, NATO-Gürcüstan Birgə Təlim və Qiymətləndirmə Mərkəzi (JTEC) və Döyüş Təlim Mərkəzinin (CTC) rəhbərləri qəbul edib və mərkəz haqqında məlumat veriblər. Briqada generalı Cozef Spişak Döyüş Hazırlığı Mərkəzinin infrastruktur və silah-sursatına baxış keçirib. General həmçinin, Vazianidəki Döyüş Təlim Mərkəzində keçirilən Müşahidəçi Kursunun səhra komponentində də iştirak edib. Bundan başqa o, Gürcüstana işgüzar səfəri çərçivəsində Gürcüstan Müdafiə Qüvvələri komandanının müavinləri, general-mayor Zaza Çxaidze və briqada generalı İrakli Çiçinadze ilə görüşüb.

Təbii ki, NATO ilə münasibətlərini arzuladığı məcraya sala bilməyən Rusiya bu təlimə reaksiya verəcək. Necə, bunu zaman göstərəcək...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN