Özbəkistanda qadın 3 yaşlı qızını zooparkda ayının qəfəsinə atıb...

 "Zuzu" adlandırılan yırtıcı qan iyinin qoxusunu hiss etsə də, uşağa toxunmayıb.

Lakin qızcığaz  beş metrə yaxın hündürlükdən yıxılaraq ciddi zədə alıb. Səhiyyə Nazirliyindən verilən məlumata görə, uşağa açıq kəllə-beyin travması və beyin silkələnməsi diaqnozu qoyulub. Hazırda onun səhhətinin qənaətbəxş olduğu bildirilir.

Prokurorluq anaya qarşı minimum 15 il azadlıqdan məhrumetməni nəzərdə tutan “Qəsdən adam öldürməyə cəhd” maddəsi ilə cinayət işi açıb.

Qeyd edək ki, Özbəkistanın Məhəlləyə və Ailəyə Dəstək Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Daşkənd zooparkında üç yaşlı qızını ayının qəfəsinə atan qadın, əri Rusiyaya işləməyə getdiyi üçün depressiyaya düşüb.

 "Vətəndaş Z. T. iki uşağı ilə Daşkəndin Sergeli rayonunun "Kumarik" məhəlləsində  atasına məxsus mənzildə yaşayır. Məlum olub ki, həmin qadın, əri Rusiyaya getdiyinə və onunla birgə yaşamadığına görə depressiyaya düşüb”, - deyə nazirliyin məlumatında deyilir. Məlumatda vurğulanıb ki, qadın və iki övladına dəfələrlə sosial və hüquqi yardım göstərilib.

Qeyd edək ki, əvvəlcə qurumdan qadının işsiz olduğu bildirilib, daha sonra nazirlik onun Daşkənddəki universitetlərdən birində dərs dediyini dəqiqləşdirib.

 Baş Prokurorluğun nümayəndəsini məlumatına görə, qadın 2021-ci ilin iyul ayından psixo-nevroloji dispanserdə qeydiyyatdadır.

Onun sözlərinə görə, başlanmış cinayət işi çərçivəsində təqsirləndirilən şəxsin psixi vəziyyətinin müəyyən edilməsi məqsədilə məhkəmə-psixiatrik ekspertizası da təyin edilib və uşağın anası hazırda həbsdədir.

Məlumata görə, qadının ikinci övladı - altı yaşlı oğlan isə istintaq müddətində qəyyumluq orqanlarına təhvil verilib. Baş verən hadisədən sonra Daşkənd zooparkı yaralı qız və onun qardaşı üçün girişi pulsuz edib.

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN