Avstraliyanın Banqkokdakı səfirliyinin qadın tualetində gizli kameralar tapılıb, Tayland polisi səfirliyin texniki işçisini şübhəli şəxs qismində saxlayıb.

Bu barədə  Thaiger xəbər portalı bu günü məlumat yayıb.

Məlumatda qeyd edilir ki, saxlanılan şəxs - səfirliyin keçmiş İT üzrə mütəxəssisi Tayland və Avstraliyanın ikili vətəndaşıdır və o, əvvəllər Avstraliyanın müxtəlif firma və dövlət təşkilatlarında çalışıb, sonra Taylanda qayıdaraq səfirlikdə texniki işçi kimi işləməyə başlayıb.

Qadınların duş və tualet kabinələrində baş verənləri video formatda çəkmək üçün yerləşdirilən mini kameraları, işçilərdən biri qadın tualetinin döşəməsində videokamera üçün miniatür yaddaş kartı tapdıqdan sonra, səfirliyin təhlükəsizlik xidməti tərəfindən aşkar edilib.

Kameraların aşkar edilməmişdən əvvəl şkafda neçə müddət qaldığı hələlik məlum deyil.

Portalın məlumatına görə, Avstraliya hökuməti Avstraliyanın Banqkokdakı diplomatik missiyasının keçmiş texniki əməkdaşının, yanvarın 6-da Tailand polisi tərəfindən həbs olunduğunu təsdiqləyib.

Səfirlik binası 2017-ci ildə istifadəyə verilib və əvvəllər Banqkokun başqa bir rayonunda yerləşən diplomatik nümayəndəlik də, elə həmin il binaya köçüb.

 Qadınların tualetində videokameraların aşkarlanması, cihazları quraşdıran şəxs və ya şəxslərin vətəndaşların şəxsi həyatına qanunsuz müdaxilə etdiyini göstərməsi ilə yanaşı, Avstraliya hökuməti səfirliyin içərisinə kameraların quraşdırılmasını, diplomatik nümayəndəliyin təhlükəsizliyinin ciddi pozulması kimi qiymətləndirir.

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN