Fevralın 6-sı saat 17 radələrində Goranboy rayonu, Qarasüleymanlı kəndi ərazisində kənd sakinləri

1970-ci il təvəllüdlü Pərviz Namazov və bacısı 1960-cı il təvəllüdlü Səlmi Namazovanın öldürülmələri barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.

Goranboy rayon prokurorluğundan TEZADLAR.AZ-a verilən məlumata görə, aparılmış ilkin araşdırmalarla zərərçəkmişlərin həmkəndlisi, 1965-ci il təvəllüdlü İlham Haqverdiyevin torpaq mübahisəsi iə əlaqədar aralarında yaranmış münaqişə zamanı Pərviz Namazov və Səlmi Namazovaya bıçaqla xəsarətlər yetirərək onları qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

İlham Haqverdiyev şübhəli şəxs qismində tutularaq istimtaqa cəlb olunmuşdur.

Faktla bağlı Goranboy rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam edir.

 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN