Bakıdakı xəstəxanaların birində həkimlər arasında biabırçı hadisə baş verib.

Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Belə ki, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun həkimləri - Ağca Abbasova və Fizuli Əliyev xəstələrin yanında bir-birilərinin ünvanına xoşagəlməz ifadələr işlədiblər.

Mübahisə zamanı Ağca Abbasova həmkarına "əxlaqsız", "tərbiyəsiz" deyib.

F.Əliyev isə hadisəni lentə alıb və xəstələrin yanında həkimin onu təhqir etməsinə etirazını bildirib.

Bu zaman Ağca Abbasova F.Əliyevin xəstəyə tibbi yardım göstərərkən hətta onu öldürdüyünü dilə gətirib: “Reanimasiyadakı xəstəyə drenajı qoydun, enfizema oldu, öldü”.

İttihamlar arasında Aytac adlı xanımın həkimin otağında olması da səsləndirilib.

“Xalqın qızıyla oturdun burada günlərlə. Sən o qızın atası yaşındasan. Niyə o qızı otağına salıb saatlarla danışırdın?” - deyə A.Abbasova bildirib.

Həmkarı isə ittihamlara cavabında bildirib ki, şöbə müdiri həmin xanıma intim münasibətdə olması barədə təklif edib və bu barədə onda video da var.

Qeyd edək ki, institutdan yayılan videogörüntü ilə bağlı araşdırma aparıldığı bildirilib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN