Ukraynanın şərqində Rusiyaya məxsus daha bir təyyarə vurulub.

Fevralın 24-də Ukraynaya qarşı böyük müharibəyə başlayan Rusiyanın sayca altıncı təyyarəsi məhv edilib.

Bu barədə “Ukrainskaya Pravda” Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarına istinadən məlumat yayıb.

 "Rusiya Federasiyasının 6-cı təyyarəsi Kramatorsk vilayətində məhv edilib."

 Qeyd edilib ki, Birləşmiş Qüvvələr komandanlığının məlumatına görə, fevralın 24-də OS ərazisində Rusiya Federasiyasının hücuma başladıqdan sonra 5 təyyarə və 1 helikopteri vuruldu. Beləliklə, bu,  məhv edilən altıncı təyyarədir.

Xatırladaq ki, bir qədər əvvəl Rusiya Müdafiə Nazirliyi Ukrayna Silahlı Qüvvələrinin  Rusiyaya məxsus təyyarə və zirehli texnikalarını məhv etməsi barədə bəyanatını “tam yalan”adlandırıb...

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN