Ukrayna Silahlı Qüvvələrinin bölmələri Xarkov yaxınlığındakı dolama yolda 4 rus tankını məhv edib.

Bu barədə “Ukrainskaya Pravda”  Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahına istinadən məlumat yayıb.

Qeyd edilib ki, Baş Qərargahın səhifəsində Luqansk vilayətinin Şçastya şəhərində, Rusiya ordusu ilə döyüşlər zamanı ukraynalıların 50-yə yaxın rusyalı hərbçini öldürdüyü də bildirilib.

Bundan başqa, komandanlıq Ukrayna ordusunun Kramatorsk yaxınlığında Rusiyanın altıncı hərbi təyyarəsini məhv etdiyini təsdiqləyib.

"Birgə qüvvələr Rusiya Federasiyasının silahlı qüvvələrinə layiqli cavab verir. Hərbi birləşmələr öz mövqelərindədir. Düşmən itki verir. Sakit olun və ukraynalı müdafiəçilərə etibar edin.Ümumilikdə qalib gələcəyik. Yaşasın Ukrayna!" , - deyə məlumatda bildirilib.

Xatırladq ki, Rusiya Müdafiə Nazirliyi Rusiya ordusunun itki verməsi barədə məlumatları “yalan” adlandırır.

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN