Ağsu sakinləri yazır ki, son iki həftədir rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırovun qəbuluna düşmək problemə çevrilib.

Sakinlərin müraciətində deyilir: "Nə zaman icra hakimiyyətinə gedirik, deyirlər, Rövşən Bağırov yerində deyil, guya ərazidədir, ya da vətəndaşlarıın qəbulunu pandemiyaya görə dayandırıb. Biz başa düşə bilmirik, əgər pandemiyadırsa, yerlərə necə gedə bilir? Yəni özünü təcrid edibsə, o zaman ərazilərə də gedə bilməməlidir. Yox əgər pandemiya qorxusu yoxdursa, o zaman sakinləri niyə qəbul etmir?

Biz belə görürük ki, bizim icra başçısının əsas qorxusu pandemiya yox, çətin vəziyyətə saldığı vətəndaşlar, onların dilindən səslənən şikayətlərdir".

Sakinlər iddia edir ki, iki həftədir, ümumiyyətlə, Ağsu RİH başçısı Rövşən Bağırovu uzaqdan da görən olmayıb.

İddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN