Etirazlar bütün dünyada - Baltikyanı ölkələrdən tutmuş Avstraliya və Yaponiyaya qədər keçirilir.

İnsanlar Rusiya səfirliklərinin qarşısında Ukrayna bayraqları ilə səf tutaraq, bu müharibənin dayandırılmasını tələb edirlər.

  Elə müharibənin ilk günündə, fevralın 24-də gün ərzində Rusiya, Qazaxıstan və Qırğızıstan şəhərlərində Ukraynadakı hərbi əməliyyatlara qarşı etiraz aksiyaları keçirilib.

Məlumatlara görə, Rusiyanın 49 şəhərində  müharibə əleyhinə keçirilən aksiyalar zamanı 1200-dən çox adam saxlanılıb.

“OVD-İnfo” insan haqları media layihəsinin məlumatına görə, mitinqlərdə və təkbaşına keçirilən piketlərdə rusiyalılar Ukraynaya hərbi müdaxiləni dayandırmağı və dövlətlər arasında sülhü təmin etməyi tələb ediblər. Qeyd edək ki, bundan əvvəl Ukrayna prezidenti Vladimir Zelenski rusiyalıları müharibəyə qarşı etirazlarını bildirməyə çağırıb.

Rusiya İstintaq Komitəsi “gərgin xarici siyasi vəziyyətinə görə” icazəsiz aksiyalar keçirmək və razılaşdırılmamış tədbirlərdə iştiraka görə məsuliyyət barədə xəbərdarlıq edib.

Qazaxıstanın Almatı şəhərində onlarla insan Rusiyanın Ukraynaya qarşı siyasətinə etiraz etmək üçün Rusiya konsulluğunun binasına gəlib. Bu barədə  “Fərqanə” agentliyi xəbər yayıb.

Qeyd edilib ki, piket 45 dəqiqədən çox çəkməyib, daha sonra polis maşını hadisə yerinə gəlib və etirazçılar saxlanılmağa başlayıb...

“Kloop” xəbər verir ki, qırğızıstanlılar da Rusiyanın Bişkekdəki səfirliyi qarşısında Ukraynaya hücuma etiraz ediblər.

 “Biz bura Ukrayna xalqı və Ukrayna ilə həmrəy olduğumuzu göstərmək üçün gəldik”, - deyə  etirazçılar bildiriblər.

Yəqin ki, hər bir vicdanlı insan dünyanın harasında olursa olsun müharibənin baş verməsini, günahsız insanların qətlə yetirilməsini, şəhərlərin xarabalığa çevrilməsini, minlərlə insanın ev-eşiyindən didərgin düşməsini istəməz. Azərbaycan xalqı da belə ağrı-acını çox yaşayıb. Yarası isə hələ də sağalmayıb... Xocalıdakı kimi...

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN