Dünən - 7 mart 2022-ci il tarixində saat 20:30 radələrində Suraxanı rayonu Yeni Bahar yaşayış massivində yol nəqliyyat hadisəsi baş verib. Belə kİ, “Azlənd-Plaza” MMC-nin müvəqəti istismarında olan 161 saylı müntəzəm marşrut xətti üzrə avtobus Suraxanı qəsəbəsi istiqamətində hərəkətdə olan zaman UAZ markalı yük avtomobili qarşısına çıxıb.

Bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev sosial şəbəkədə paylaşım edib.

Məlumata görə, avtobusun sürücüsü toqquşmadan yayınmaq üçün avtobusu yol kənarındakı boş əraziyə yönəldib. Hadisə vaxtı avtobusda sərnişinlərin olmasına baxmayaraq xəsarət alan olmayıb.

"Bəzi informasiya saytlarında bu hadisə zamanı guya 12 nəfərin xəsarət alması barədə yayılan məlumatlar isə həqiqəti əks etdirmir. Qeyri-müəyyən mənbəyə istinadən verilən bu cür məlumatlar insanlar arasında çaşqınlıq yaradır. KİV nümayəndələrindən qeyri-müəyyən mənbələrdən əldə etdikləri məlumatlar əsasında xəbər hazırlayarkən müvafiq dövlət qurumları ilə dəqiqləşdirmələr aparmalarını xahiş edirik", - deyə M.Ağayev bildirib.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN