Ukrayna hərbçiləri Putinə sürpriz etməkdə davam edir...

Belə ki, Ukraynaya qarşı döyüşmək istəməyən rus hərbçiləri əsir düşür, təslim olurlar. Misal üçün, Ukraynanın Nikolayev vilayətində gedən döyüşlər zamanı Rusiya ordusunun 20-dən çox hərbçisi əsir düşüblər. Elə sosial şəbəkələrdə yayılan kadrlarda təsdiqləyir ki, üst-başları palçıq içində olan əsirlər əllərini qaldırmış vəziyyətdə sıra ilə gedirlər. Bunu təsdiqləyən videolar da ortadadır. Ukrayna hərbçiləri bunu Putinə daha bir hədiyyə kimi sosial şəbəkələrdə paylaşırlar. Bu gün Rusiyanın həm də daha bir generalı öldürülüb.

Almaniya mediası da xatırladaq ki, indiyədək Rusiya ordusunun 2 mindən çox hərbçisinin əsir alındığı bildirilir. Ukrayna hərbçiləri deyirlər ki, Rusiya əsgərlərinin döyüşmək üçün motivasiyası aşağıdır və bəzən döyüş başlayan kimi texnikanı atıb qaçırlar. Rusiyanın Ukraynaya qarşı ədalətsiz müharibəsi isə davam etməkdədir. Əsasən də mülki obyektlər raket zərbələri ilə dağıdılıb viran qoyulur.

Sevinc MURADXANLI

 

 

 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN