"Öldürməkdən həzz alanlar öz ayaqları üstə getməyəcəklər, onlar buradan aparılacaqlar.”

Ukrayna Prezidenti Volodimir Zelenski ilk dəfə olaraq həlak olan ukraynalı əsgərlərin sayını açıqlayıb.

Onun sözlərinə görə, müharibənin davam etdiyi 16 gün ərzində - 1300-ə yaxın ukraynalı hərbçi, 12 mindən çox isə rusiyalı hərbçi həlak olub.

“Hər on nəfərdən biri həlak olub. Onların 12 min əsgərinin həlak olmasına sevinmirəm", - prezident vurğulayıb.

Zelenski izah edib ki, bu, onun bütövlükdə dünyaya baxışı deyil, çünki rusiyalıların da valideynləri var.

“Onları göndərdilər, əksəriyyəti hara gəldiklərini, ümumiyyətlə bilmirlər”, - deyə Zelenski bildirib.

Prezidentin sözlərinə görə, Ukraynada insanları öldürməyə gələn çoxlu rus əsirləri var, amma sonra görüblər ki, “onlar zəifdirlər, biz təslim olmayacağıq, çünki biz öz torpağımızdayıq, ikincisi, bəziləri 18-20 yaşlarında olmalarına baxmayaraq, başa düşdülər ki, özlərini nasist kimi aparırlar”.

Onun sözlərinə görə, işğalçılar talan edir, şəhərləri mühasirəyə alırlar, hətta insanlara su gətirməyə belə imkan vermirlər.

"Mən onların evlərinə necə qayıdacaqlarını bilmirəm, çünki artıq onların baxışı dəyişir", - Ukrayna prezidenti əlavə edib.

 Zelenski “öldürməkdən həzz alanlar öz ayaqları üstə getməyəcəklər, onlar buradan aparılacaqlar”,- deyə xəbərdarlıq edib.

 Eyni zamanda o, ukraynalıların sona qədər döyüşəcəklərini vurğulayıb.

Xatırladaq ki, Ukraynaya qoşun yeridilməzdən bir neçə gün öncə Rusiya Prezidenti Vladimir Putin “LXR” və “DXR”-ni tanıyan fərmanlar imzaladı.

İki gün sonra - fevralın 24-ü Moskva vaxtı ilə səhər saat 5:30-da Vladimir Putin  Ukraynada “xüsusi əməliyyat”ın başladığını elan etdi. Və qeyd etdi ki, RF “Ukraynanın demilitarizasiyası və denazifikasiyası üçün səy göstərəcək”.

Bu gün 16 gündür ki, Ukraynada dəhşətli döyüşlər gedir. Müharibə nəticəsində ölkəyə külli miqdarda zərər dəyib, həmçinin mülki əhali arasında da çoxlu sayda ölənlər və yaralananlar var. 

Müharibə başlayandan indiyədək Ukrayna və Rusiya nümayəndə heyətinin 3 dəfə görüşməsinə baxmayaraq, təəssüf ki, hələ də bu dəhşətli müharibəni dayandırmaq üçün razılaşma əldə edilməyib.

JASMİN

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN