Redaksiyamıza bir qrup Samux sakininin imzaladığı şikayət məktubu daxil olub. Sakinlər rayonun icra başçısı Alı Qocayevdən şikayətçidirlər.

Şikayətçilər bildirir ki, Alı Qocayev Samuxa icra başçısı təyin olunandan sonra bu rayonun sahibkarlarının qara günləri başlayıb.

Narazı vətəndaşlar yazır ki, A.Qocayev Samuxda həyata keçirilən bütün abadlıq işlərini yerli iş adamlarına həvalə edib: "Əvvəlki icra başçısının zamanında büdcədən ayrılan vəsaitin yarısı mənimsənilirdisə, indi vəziyyət daha acınacaqlıdır.

Belə ki, həyata keçirilən bütün abadlıq işləri 100 faiz olaraq yerli sahibkarların büdcəsindən qaynaqlanır. Əvəzində, deyirlər ki, böhranla əlaqədar dövlətdən pul ayrılmır, ona görə də hər şey yerli imkanlar hesabına edilməlidir. Biz başa düşə bilmirik, "yerli imkanlar" dedikdə nə anlaşılır? İnsanların var-yoxunun əlindən alınmasımı?"

Artıq Alı Qocayevin əlindən boğaza yığıldıqlarını deyən sahibkarlar bildirir ki, Samuxda bu səbəbdən iş adamı azalıb: "Bu gün Samuxda böyük bir təhlükə yaşanılır: işsizlik problemi… Bəlkə də A.Qocayev bunun fərqində deyil. Ancaq bunun bəlasını aclıq həddində olan kasıb əhali çəkməkdədir.

Xahiş edirik, şikayətimizi ictimailəşdirəsiniz, bəlkə bundan sonra Alı Qocayev sahibkarların büdcəsindən gözünü çəkə".

Şikayətlə bağlı qarşı tərəfi də dinləməyə hazırıq.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN