Rusiya Ukraynaya hücumu başlayandan təxminən 14,2 min nəfər itki verib.

 Bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı “Facebook” səhifəsində məlumat yayıb.

"Fevralın 24-dən martın 18-dək düşmənin ümumi döyüş itkiləri təxminən 14,2 min nəfər təşkil edib", - deyə məlumatda bildirilir.

 Qeyd edilir ki, bundan başqa qarşı tərəf bu günədək  - 450 tank, 1448  zirehli döyüş maşını, 205 - artilleriya sistemi, 72 ədəd MLRS,  43 ədəd hava hücumundan müdafiə sistemi, 93 təyyarə, 112 helikopter, 879 nəqliyyat vasitəsi,  3 gəmi və qayıq, 60 yanacaq-sürtkü materialları olan çən, 12 əməliyyat-taktiki səviyyəli PUA, 11 ədəd  isə xüsusi texnikasını itirib.

 "Məlumatlar dəqiqləşdirilir. Hesablama hərbi əməliyyatların yüksək intensivliyinə görə çətinləşib", - deyə Baş Qərargah əlavə edib.

UNİAN-ın məlumatına görə, Rusiya Federasiyasının silahlı təcavüzü nəticəsində martın 18-i səhər saatlarına olan məlumata görə, Ukraynada 109 uşaq həlak olub, 130-dan çox uşaq yaralanıb.

 Ukrayna Baş Qərargahının məlumatına görə, Rusiya ordusunun insan resurslarını əhəmiyyətli dərəcədə tükəndirib və ekstremal tədbirlərə əl atır.

Xatırladaq ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının martın15 -ə olan məlumatına görə, Rusiyanın 13 500-dən çox hərbçisi zərərsizləşdirilib. Yeni məlumata görə, 3 gün ərzində bu rəqəm 14, 2 min nəfərə yüksəlib. Və beləliklə, köhnə rəqəmlərlə yeni rəqəmlər arasında xeyli fərq olduğu görünür.

Qeyd edək ki, 3 gün öncə Ukrayna Baş Qərərgahının Rusiya tərəfinin itkisi ilə bağlı məlumatı belə idi: Rusiyanın 81 təyyarəsi, 95 helikopteri, 404 tankı, 1 279 zirehli döyüş maşını, 64 reaktiv yaylım atəş sistemi, 150 artilleriya qurğusu, 3 gəmi və kateri, 640 avtomobil texnikası, 60 yanacaq çəni, 36 hava hücumundan müdafiə sistemi də məhv edilib.

Ukrayna Baş Qərargahının verdiyi məlumata əsasən hesablamalar aparsaq, deməli 3 gün ərzində Rusiyanın daha 12 təyyarəsi, 27 helikopteri, 46 tankı, 169 zirehli döyüş maşını və digər hərbi texnikaları və qurğuları sıradan çıxarılıb.

 

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN