Bakıda dələduzluqda təqsirləndirilən Sahib Şükürova hökm oxunub və o, 3 il müddətinə azadlıqdan məhrum edilib.

Bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə elan olunub.

Qeyd edək ki, S.Şükürov 2021-ci ildə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən saxlanılıb.

Belə ki, o, mənimsəmə və digər cinayət faktlarına görə başlanan cinayət işi üzrə keçirilən əməliyyat tədbirləri nəticəsində cinayət başında saxlanılan H.Sarabski adına 7 nömrəli uşaq musiqi məktəbinin direktoru Rüstəmova Mehriban Əsgər qızının sözügedən cinayət işinin icraatına ibtidai istintaq dövründə xitam verilməsinə köməklik göstərəcəyi vədini verib. S.Şükürov bu yolla qadından ümumilikdə 168 min manat pul alaraq dələduzluq edib.

Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 32,4 312.1-ci (rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham elan edilib, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN