Bakı Ağır Cinayətlər Məhkəməsində adam oğurluğu və insan alverində təqsirləndirilərək həbs edilən sahibkar Fazil İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Məlumata görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə F.İsmayılov 7 il 6 ay azadlıqdan məhrum edilib.

İttihama görə, F.İsmayılov Bakının Sabunçu rayonu ərazisində heyvandarlıq fermasında sahibi olduğu müddətdə fermada 2 nəfər çobanı qanunsuz olaraq saxlayıb. Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat nəticəsində fermanın ünvanı müəyyən edilib və həmin şəxslər azad edilib.

Qeyd edək ki, F.İsmayılova qarşı Cinayət Məcəlləsinin 144-cü (adam oğurluğu) və 144-1-ci(insan alveri) maddələri ilə ittiham elan edilib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN