Cəlilabadda həmkəndlisini öldürməkdə təqsirləndirilən Akif Heydərovun ibtidai istintaqı başa çatıb.

İş yekunlaşaraq Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Nizami Quliyevin icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, hadisə 2021-ci il dekabrın 4-ü saat 16 radələrində Cəlilabad rayonu, Sabirabad kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1976-cı il təvəllüdlü A.Heydərov həmkəndlisi, 1999-cu il təvəllüdlü Vüsal Əliyevyə şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı bıçaqla xəsarət yetirib. Daha sonra yaralı xəstəxanaya aparılıb və orada ölüb.

A.Heydərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN