Possovet mənəvi cənubuna nə vəd edir?

...Yazımın giriş hissəsini geniş oxucu kütləsi baxışları üçün nəzərə alaraq, qısaca da olsa, mövqe bildirim ki, humanitar elmlər bölməsinin sosial-tətbiqi demoqrafik-antropoloji araşdırmalar sahəsində "sosialogiya tədqiqatları" sektoral, məqsədli şəkildə yönləndirilən "ideologiya texnologiyaları" isə prosedural prosesləri əhatələyir. Və təsir gücündən asılı olmayaraq, müasir dünyada bu kimi maraqlarda olmayan nə bir dövlət, nə də, bir cəmiyyət tapılmaz. 

Eyni zamanda da, beynəlxalq arealda tutduğu mövqeyindən asılı olmayaraq dövlət və cəmiyyət olaraq ölkə tapılmaz ki, ona bu sosial-ideoloji intiqallar aşılanmasın. Təbii haldır, Azərbaycan Respublikası da, bir sıra dövlətlərin və beynəlxalq çevrələrin ideoloji təsirlər hədəfində olan ölkə subyektlərindəndir və müxtəlif yanaşmalardan sosial-tətbiqi, elmi-sosioloji, milli-mədəni, etnik-avtoxton, mənəvi-əxlaqi, siyasi-ideoloji və s. mexanizmlər təsirləri altındadır. Qeyd edilməlidir ki, öz növbəsində bu kimi təsirlər təsnifatı "maraqlar yanaşmalarında" son dərəcə genişdir. Bu anlamda da, yazımızın özəl leytmotivi olduğundan, ilk-əvvəl, gündəm məsələsi olan - "gender bərabərliyi" barədə!

***

...Bu gün bütün mövcud sosial siniflərdən olan elə bir qadın tapılmaz ki; ocaqda, ailədə, cəmiyyətdə özü üçün bu məsələnin kökündəki "kişilər üstünlüyü" prinsipinə "kor-koranə olaraq", böyük bir qısqanclıqla yanaşmasın. Ailə təməlinin qoyucusu, övlad doğurucu, tərbiyə və əxlaq yükünün çəkicisi və ana olan qadın dönə-dönə bilməlidir ki; ailəni ərsəyə gətirən, ehtiyaclarını qarşılayan, onun namusunu çəkən, mənafelərini qoruyan ilk-öncə, atadır, ərdir. Bu məqam üçün Uca ALLAH "Qur`ani Kərim"in əl-Bəqərə surəsinin 228-ci ayəsində buyurur: " ... Lakin, kişilər onlardan bir dərəcə üstündürlər. ALLAH Qüdrətlidir. Müdrükdür!"

Qeyd olunmalıdır ki, eyni zamanda, təxəyyülünü hədəfə alaraq, öz zəhər dişi ilə asanlıqla zədələmiş "bu ideoloji xətt" azəri qadınını da  məhz öz meyllərinə doğru asanlıqla sürükləyə bilmişdir və çağdaş asi qadın faktoru bu kimi xislətlərini gizlədə bilmir; bunu istəmir və bunun arxasında nə kimi bəlaların olduğunu fəhm etməyərək, bu "ilahi düzənə" qarşı çıxır!

Lakin yazımızın obyekti əsla bu xüsus deyil. Bu "gender bərabərliyi" niqabı arxasında gizlədilmiş digər, deyərdim ki, başlıca "gender bərabərliyi" amilinin əsas hədəfdə tutulan nüvə predmeti qabarmaqdadır. Bu kulislər-arxası predmet də  özlüyündə "gender bərabərliyi" xüsuslarından çıxış edir. Və əslində, qadınlara atılmış qarmaqdakı elə bir "bəla-yemdir" ki, bu nəinki qadının başında durduğu ailəni, ocağı, məktəbi, cəmiyyəti, bütövlükdə sosiumları tilova alaraq ələ keçirmək qəsdlərini güdür. Əslində, xalqları milli-mənəvi və mənəvi-əxlaqi məhvə sürükləyir. Azəri qadını bilsəydi ki, bu bəla nəyə çevrilərək və nə kimi təzahür edəcək, əlbəttə ki, Uca RƏBB`in hökmlərinə boyun əyənlərdən və ilk-əvvəl hökmə itaət edənlərdən olardı.

İllər öncə, Avropada ilk dəfə Hiderland kilsələrinin oğlanbaz rahiblərinin icazəli sayaraq aseksual`ların (tezaurus məlumat) nigahını rəsmi dövlət səviyyəsində qeyd etməsiylə başlamış bu proses də, əvvəlcə məhz kişilərlə bərabər qadın hüquqların tələb edilməsi proseslərinin arxasından qabardılmışdı. İlk dəfə gender bərabərliyi məsələsi ən önəm verilən tələb kimi Sovetlərin qürubu ilə sabiq müttəfiq respublikalarda Corc Soros Fondunun nümayəndəlikləri olan "Açıq Cəmiyyət İnstitutları" (ACİ) tərəfindən 1990-cı illərdən qoyulmağa və yürüdülməyə başlandı. Bu müstəqil respublikalarada ACİ kimi fəaliyyət göstərən nümayəndəliklərin başlıca fəaliyyət istiqamətlərindən biri də qadınların "gender bərabərliyi" xüsuslarındakı liberal-demokratik münasibətlər texnologiyalarının tətbiq mexanizmlərinin bu respublikaların açıq cəmiyyətlərinə yeridilməsi olmuşdu.

Baxmayaraq ki, Sovet İttifaqında qadın hüquqları anlamındakı plüralizm sahəsində heç bir əsaslı problem mövcud deyildi; əksinə, qadın şəxsiyyətinə yetərincə dəyər verilirdi. Lakin tilovun qarmağına “yem” olaraq qoyulmuş kişilərlə bərabər hüquqlar bəlası öz işini - ilkin mərhələ olaraq ölkələrin qanunvericiliyində görürdü... Həm də məhkəmələr sistemlərinin yeni düzənində, cəmiyyətdə peşə, məslək seçimi, iş yerləri məsələsi, təhsil, siyasi arientasiya və ictimai fəaliyyət, ailə-nigah, bərabər əmək haqqı və s. kimi prinsiplər üzrə mövqeləşmədə özünü biruzə verməklə kişi-qadın münasibətlərində ifrat gərilmələrə yol açmaqla başladı. Əslində, bu kimi reformativ destrukturizasiya tədbirləri - insan haqları və bərabərlik anlamı altında qadın təbəqələrinə deyil, tamam başqa bir məsləkə xidmət edirdi. Çox keçmədən məişətdə qadın itaətsizliyi bu kimi proseslərin törəməsi kimi nigahdan kənar formalaşan ailələrdə “təkbaşına ana” kateqoriyasının bütövlükdə sosial statusunu gündəmə gətirdi. Nəticədə, təkcə ana nəvazişinə sarılmış övladlar amili ata mehribanlığı və zabitəsindən məhrum edilərək, yeni yetişən bütöv bir nəslin fərdlər titullarının ilk mənəvi sıxıntılarını və sonrakı sosial çatışmazlıqlarını üzə çıxarmağa başladı.  

Bundan dolayı, Qazaxstandan qovularaq, qapadılmış “ACİ Qazaxstan” rəhbəri, “ACİ Azərbaycan”a keçid almış C.Soros`un yaxın qohumu Devid STABS`ın adı keçən, bürosunun Azərbaycanda da qapadılmasına kimi yürütdüyü Soros proqramları proseslərinin nəticəsindəki bu fəaliyyət, illərlə mövcud olmuş balansı pozmaqla, hədəfinə götürdüyü və ciddi əngəl sayılan “sovet ailə-nigah və mənəvi-əxlaqi dəyərlər institutlarını” da, cilovlamağa başladı. Qloballaşma kursu götürülmüş “Soros dünya proqramları”nın başlıca istiqamətlərindən biri də bir qrup sionistlərin idarə etməyə qalxdıqları dünyada - “sovet əxlaqı postulatları” aradan qaldırılmalı ciddi əngəl kimi səciyyələnir. Şübhəsiz ki, başda Rusiya Federasiyası (R.F.) olmaqla bütün keçmiş müttəfiq respublikalarda buna qətiyyət bildirilsə də, əvvəlcə Baltikyanı ölkələrin AB-nə cəhətlənməsi qarşısında “gender bərabərliyi” anlayışı tezliklə öz çılpaqlığı ilə bu ölkələr üçün özünün “Seksol`luq Doktrinası”nı (“seksol adam” - gender identikliyi bioloji cinslə uzlaşmayan şəxs) biruzə verdi və bu cəmiyyətlərə yeridildi. Qloballaşan Avropanın həmin sionist dairələr qarşısında sındırıldığı andan “Transgender Binorizmi Konsepsiyası” bunun qarşısında möhkəm durmaqda davam edən RF-nı yanda buraxaraq bu dəfə qərbə cəhətlənmiş Ukraynanı da ağzına aldı. Növbədə eynilə bu yolla irəliləyən və Avropa İttifaqı (Aİ), Avropa Şurası (AŞ) institutlarına və NATO`ya can atan Gürcüstan vardı... Və 2008-ci il siyasi olaylarına tab gətirməyən Gürcüstan qərbin patronajlığı altında buna getməli oldu. Artıq mənəvi-əxlaqi və xristian-dini dəyərlər “balasını” özü yemiş Avropa “pişiyi” - Gürcüstan dövlətçiliyinə qarşı bütün bu kimi texnologiyalarını insan hüquqları və azadlıqlarının “göy qurşağı bayrağı” altında, konvensiyalarla deklorativ olaraq aşılamağa başladı. Və bu ideologiya - sovet əxlaqi dəyərlərə malik olmaqla yanaşı, bir qafqaz ölkəsi olan Gürcüstana daşındı. İnsan hüquqları pərdəsi arxasından transgender və transseksuallıq əxlaqsızlığını dəstəkləyən kommünikelərin ratifikasiyalı qəbulu ilə proses getməyə başladı... Eləcə də Cinayət məcəlləsində dəyişikliklər və düzəlişlərin aparılması və getdikcə də nəzərdə tutulması, qadın əxlaqi-azadlıq mentallığının (pozğunluğun) leqallaşdırılması, Avropa və Amerika titullarında azyaşlı uşaqlara aşağı siniflərdən keçirilməyə başlanması nəzərdə tutlan və Avropadan gəlmiş transgenderlər tərəfindən, “qeyri-binarlar” və kvir-identiklər”, eləcə də, “transvestitlik” və  “krossdresserlik” (“gender-kvirlər” - orta cinslik konsepsiyası) tədris ediləcək dərs kursları və ən başlıcası isə, azyaşlı uşaqların “öz cinsini (valideyn etirazlarına baxmayaraq) seçə bilmə azadlığı konsepti”nə dair multi-kultural deyil, məhz, “çoxmodallı “kultural” dəyərlər”in tətbiqi baş verirdi. Həmçinin bütün dünyadan fərdləri yığılıb gələrək iştirak edəcəyi gey-paradların keçirilməsi, qeyri-binarlar cəmiyyətlərinin təsisi və məqsədli təbliği, tele-radio verilişləri kanallarının açıq cəmiyyətə yönləndirilməsi, media vasitələrinin “mənəviyyat senzurası”ndan kənar yayımı, müxtəlif tədbir və “azad film” nümayişləri üçün tamaşa-yığıncaq salonlarının və kino-teatrların ayrılması bu qəbildən idi. Cəmiyyətdə trans-identik yönlü siyasi partiyaların gündəmə gətirilməsi, yerlərdə trans-identik bələdiyyələr komandalarının pilot təsisatları, bütün bunların asayişinin dövlət tərəfindən qorunması öhdəliyi və s. bu kimi azğınlıqlar və Tövhidin hər üç dini əhkamları üzərindən gələn Lut (ə.s.) qövmünün günahlarıdır ki, Uca ALLAH səmavi kitablarında bildirdiyi kimi, onları məhz, bu kimi əxlaqsızlıqlarına görə tarixin vərəqindən silmişdi!

(Davamı var)

B.R.R. Elşad Ə. HÜSEYNOV

(Ph.D., dosent.)

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN