Gecə klubunda qazdan istifadəyə, təhlükəsizliyə kimlər cavabdeh olub?

…İndi hamı “LocationBaku”dakı partlayışın baiskarının kim olduğunu müzakirə etməkdədir. İstintaq getdiyindən hələki nəsə söyləmək çətindir. Amma ortada təbii suallar da az deyil. Tanınmış QHT rəhbəri Osman Gündüz bu barədə marqlı açıqlama ilə çıxış edib. Sitat: «…2018-ci il 3 iyul tarixli enerji böhranından sonra Prezident yanında müşavirə keçirilirdi. Müşavirədə Fövqalədə hallar naziri Kəmaləddin Heydərov çıxış edərək FHN –in öz səlahiyyətləri çərçivəsində verdiyi göstərişlərin Azərenerji tərəfindən icra edilmədiyini bildirmişdi… 2019-cu il 28 mart tarixdə Diqlas-da baş verən yanğınla bağlı Prezident yanında müşavirə keçirilirdi. Yenə də müşavirədə FHN rəhbəri Kəmaləddin Heydərov çıxış edərək onun rəhbərlik etdiyi Nazirlik tərəfindən verilən tapşırıqlarıın Nizami rayon İcra hakimiyyəti və Ticarət Mərkəzinin sahibi tərəfindən icra edilmədiyini bildirmişdi… Nəhayət, “LocationBaku”dakı partlayışla bağlı Baş Prokurorluq səhlənkarlıq-ehtiyatsızlıqdan ölümə səbəbolma ilə bağlı cinayət işi başlayıb. Baş prokurorun müvafiq qərarına əsasən prokurorluq və Fövqəladə Hallar Nazirliyinin müstəntiqlərindən ibarət birgə istintaq qrupu yaradılıb. İstintaqı Baş Prokurorluq aparacaq. Prokurorluq da açıqlamasında hadisənin ilkin ehtimallarla binada qaz təchizatının olmaması səbəbindən orada quraşdırılmış propan qaz balonundan sızma nəticəsində baş verməsini qeyd edib. FHN isə partlayış olan obyektdə qaz balonundan istifadəyə icazənin olmasına, kimin, hansı qurumun icazə verməsinə və partlayışın səbəblərinə hələlik rəsmi münasibət bildirməyib.  İnsan ölümünə səbəb olan, şəhərin mərkəzində baş verən hadisənin bir daha təkrarlanmaması üçün aidiyyatı qurumların hesabat verməsi, təqsirkarların cəzalanmasının gündəmə gətirilməsi daha doğru olardı. Düşünürəm ki, hazırda partlayışla bağlı sosial mediada tamam fərqli istiqamətdə gedən müzakirələr cəmiyyətin maraqlarına xidmət etmir…».

Bəli, hər dəfə hadisələr baş verir, müzakirə olunur, təhlükəsizlik tədbirlərinin görüləcəyi vədi verilir, amma… Niyə də belə olmalıdır? Və doğrudanmı adi propan qaz balnu belə bir partlayışa səbəb olub? Məgər qanunsuz da olsa, bu qaz balonunda sızıntı varsa, məgər bunu dərhal hiss etmək bu qədərmi çətindir?

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN