Çexiyanın paytaxtı Praqadan Xorvatiyanın Split şəhərinə uçan “Smartwings” aviaşirkətinə məxsus “Boeing 737-7Q8” sərnişin təyyarəsi bomba xəbərdarlığı ilə təcili eniş edib.

TASS xəbər verir ki, bu barədə Xorvatiyanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Təyyarə tam yoxlanıldıqdan sonra məlum olub ki, pilotlara ötürülən xəbər əsasızdır.

"Bütün sərnişinlər və heyət üzvləri yoxlanılıb. Həmçinin təyyarədəki baqaj fərdi qaydada rentgen müayinəsindən keçirilib. Lakin partlayıcı maddə ilə bağlı xəbər təsdiqini tapmayıb. Hazırda təyyarə Split hava limanındadır”, - deyə Daxili İşlər Nazirliyinin məlumatında bildirilib.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN