Tallin şəhər meri prezidentə və bütün ukraynalılara “bütün dünya üçün vacib olan” Rusiyaya qarşı müharibədə uğurlar arzulayıb.

Ukrayna Prezidenti Volodimir Zelenski xüsusi şərəf əlaməti olaraq verilən "Tallin Gerbi"ni alıb.

TEZADLAR.AZ xəbər verir ki, bu barədə Ukrayna  prezident aparatının Telegram kanalında məlumat verilib.

Məlumatda qeyd olunur ki, Zelenskinin mükafatlandırılması ilə bağlı qərarı mayın 5-də Tallinin şəhər şurası qəbul edib.

 Tallin şəhərinin meri Yevgeni Osinovski prezidentə verilən mükafatı Estoniyada səfərdə olan Ukrayna Ali Radası sədrinin birinci müavini Aleksandr Korniyenkoya təqdim edib.

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN