Rusiyanın Ukraynaya hərbi təcavüzü nəticəsində indiyədək 229 uşaq ölüb, 421 uşaq güllə və qəlpə yarası alıb.

Məlumatı Ukraynanın Baş Prokurorluğu yayıb.

Müharibə başlayandan indiyədək xəsarət alan uşaqların ümumi sayı isə 647-ə çatıb.

Uşaqlar daha çox Donetsk, Kiyev, Xarkov, Çerniqov, Nikolayev, Xerson, Luqansk, Zaporojye vilayətlərində, Kiyev, Sumı, Jitomir şəhərlərində xəsarət alıb.

Prokurorluqdan qeyd olunub ki, bu rəqəmlər son göstərici deyil, müvəqqəti işğal altında olan və azad edilən Ukrayna ərazilərində uşaqlarla bağlı informasiyaların toplanması davam edir.

Xatırladaq ki, Rusiya bu il fevralın 24-də Ukraynaya hərbi müdaxilə edib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN