Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin icra etdiyi “İşəgötürənlə birgə işçilərin əməkhaqqının maliyyələşdirilməsi” proqramı üzrə daha 546 işsiz şəxsə iş yerlərinə göndərişlər verilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən əldə etdiyimiz məlumata görə, proqram üzrə ötən dövrdə 270-dək işəgötürənlə əməkdaşlığa başlanıb və onlarla müqavilələr imzalanıb. Həmin müqavilələr üzrə əsasən şəhid ailəsi üzvləri və qazilərdən ibarət 750 şəxs işlə təmin edilib.

İşlə təmin edilənlərin hər biri ilə əmək müqaviləsi bağlanıb və bununla da onlar gələcək sosial təminat hüquqlarına əsas yaradan sosial sığorta sistemində iştiraka cəlb olunublar.

“Məşğulluq” altsisteminə vakansiyalar yerləşdirən, müəyyən edilmiş prioritet iqtisadi sahələr üzrə vakansiyası olan işəgötürənlər proqrama https://forms.gle/2kkhuMqDUHUuSjtB6 linkinə daxil olaraq müraciət edə bilərlər.

Qeyd edək ki, proqram əsasında işlə təmin edilən şəxslərin bir il ərzində əməkhaqlarının bir hissəsi Dövlət Məşğulluq Agentliyi tərəfindən maliyyələşdirilir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN