Boris Conson "Brexit" sazişinə düzəlişlə bağlı təhdidinə əməl edərsə…

“Bloomberg” mənbəsinə istinadən xəbər verir ki, London “Brexit” sazişinə düzəliş etmək üçün konkret addımlar atacağı təqdirdə Avropa İttifaqı Böyük Britaniya ilə ticarət sazişinin dayandırılmasını nəzərdən keçirə bilər.

“Əgər Baş nazir Boris Conson Şimali İrlandiya protokolunun hissələrinə birtərəfli qaydada düzəlişlər etmək üçün qanunvericiliyin qəbulu ilə bağlı hədələrinə əməl edərsə, Aİ icra orqanı çox güman ki, bütün ticarət sazişinin dayandırılmasını təklif edəcək", - deyə məlumatda bildirilir.

Agentlik qeyd edib ki, belə ölçü götürmənin  təfərrüatları və vaxtı ilə bağlı yekun qərar Aİ-yə üzv dövlətlərin dəstəyini tələb edəcək.

***

Xatırladaq ki, bir müddət əvvəl Böyük Britaniyanın baş naziri Boris Conson bildirib ki, London Aİ-yə Böyük Britaniyanın "Brexit" sazişinin bir hissəsi olan Şimali İrlandiya Protokolunda islahatlar aparmaq üçün təzyiq göstərməyə davam edəcək.  Mətbuata verdiyi açıqlamada Conson bildirib ki, həmin Protokol razılaşdırıldıqdan sonra çox şey dəyişib və həmin sənəd Böyük Britaniya və Aİ arasında ticarət və əməkdaşlıq sazişinin olmadığı bir şəraitdə hazırlanıb.

“Sənəd həmçinin qlobal pandemiyadan əvvəl və ölkədə yaşayış qiymətlərinin ən böyük artımına səbəb olan Avropadakı müharibədən əvvəl hazırlanıb", - deyə vurğulayıb.

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN