Azərbaycan Yüksəliş Partiyası ötən il qeydiyyata alınıb

Dövlət başçısının tapşırıqlarına uyğun olaraq, iş prosesinin daha əlverişli şəraitdə yerinə yetirilməsi, fəaliyyət imkanlarının genişləndirilməsi məqsədilə hazırda siyasi partiyaların dövlət mülkiyyətində olan qeyri-yaşayış sahələri ilə təmin olunması prosesi davam etdirilir.

Bu barədə Əmlak Məsələləri Dövlət Xidməti məlumat yayıb.

Məlumatda qeyd edilib ki, bu prosesin davamı olaraq, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Azərbaycan Yüksəliş Partiyasına ofis sahəsi verilib. Partiya nümayəndələri fəaliyyət göstərəcəkləri ofislə tanış olublar.

***

Qeyd edək ki, Azərbaycan Yüksəliş Partiyası (AYP) 2021-ci ildə Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınıb.  

Xatırladaq ki, ixtisasca hüquqşünas olan partiya sədri Anar Əsədli 1996-cı ildən siyasi proseslərdə fəal iştiraka başlayıb.
1997 - 2000 ci ilə qədər AXCP üzvü, AXCP Ali Məclisinin üzvü, eks prezident AXCP və BAB sədri Əbülfəz Elçibəyin səlahiyyətli nümayəndəsi olub. 2003-cü ildə Böyük Quruluş Partiyasının qurucularından olub, partiyanın icra aparatına rəhbərlik edib. 2004 cü ildə partiya sıralarından istefa verib.

2005-ci "Qloballaşan Azərbaycan Sivil İnkişaf Mərkəzi İctimai Birliyinin" (QASİM-İB) sədridir.
2008 ci ildə “Qloballaşan Azərbaycan Sivil İnkişaf Mərkəzi” İctimai Birliyinin sədri Anar Əsədlinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası sədrliyinə namizədliyi irəli sürülmüşdür.
Anar Əsədlinin rəhbərlik etdiyi QASİM İctimai Birliyi ölkə xaricində də geniş miqyasliı tədbirlər həyata kecirmişdir. Bu sıraya öz siyasi əhəmiyətinə gorə çox böyük səs salmış 2016-cı il 23 fevral tarixində Türkiyənin paytaxtı Ankara şəhərində Xocalı faciəsinə həsr olunmuş “Uluslararası Hocalı soykırımı paneli: İnsanlıga qarşi cinayet” və yenə Türkiyənin Kayseri şəhərinin Erciyes Universitetində 30 dekabr 2014-cü ildə  keçirilən Dünya Azərbaycanlıları həmrəyliyi  günü tədbirləri aiddir.

Anar Əsədli 9 fevral 2020-ci ildə keçirilən növbədənkənar parlament seçkilərdə 125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən deputatlığa namizədliyini irəli sürüb. 

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN