Gədəbəydə içərisində tələbələrin olduğu mikroavtobus aşıb, bir neçə nəfər xəsarət alıb.

Məlumata görə, Gədəbəy sakini, 1954-cü il təvəllüdlü Sərxan Həmzəyevin idarə etdiyi, Gədəbəy istiqamətində hərəkətətdə olarkən mikroavtobus rayonun Maarif kəndində idarəetmədən çıxaraq aşıb.

Qəza zamanı 2004-cü il təvəllüdlü Jalə İbrahimova, 2004-cu il təvəllüdlü Jalə Bayramlı, 1980-ci il təvəllüdlü Turab Rzayev, 2004-cü il təvəllüdlü Nurtac Allahverdiyeva, 2004-cü il təvəllüdlü Orxan Hüseynov və 1978-ci il Günay Hüseynova müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar xəstəxanaya çatdırılıblar, onların beşinin vəziyyəti qənaətbəxş birinin vəziyyəti isə kafi qiymətləndirilir.

Qeyd edək ki, yaralılar arasında tələbələr də var.

Faktla bağlı araşdırmalara başlanılıb.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN