Ağcabədi Rayon İcra Hakimiyyətinin və Gənclər üçün Təhsil Mərkəzi (GTM) Qarabağ regional ofisinin əməkdaşları 26 İyun - Silahlı Qüvvələri Günü münasibətilə Vətən müharibəsi şəhidi Əmrah Səyyab oğlu Abışovun ailəsini ziyarət ediblər.

Bölgə müxbirimiz xəbər verir ki, görüş zamanı şəhidin keçdiyi şərəfli döyüş yolundan bəhs olunub. Vətən uğrunda qurban gedən şəhidlərin əziz xatirəsinin hər kəsin qəlbində əbədi yaşayacağı vurğulanıb.

Ağcabədi Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Şöhrət Orucov şəhid ailələrinə, həmçinin müharibə əlillərinə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan danışıb. Bildirib ki, Prezident İlham Əliyev şəhid ailələrinə və qazilərə davamlı diqqət və qayğını dövlət qurumları qarşısında bir vəzifə kimi müəyyənləşdirib. Bu gün dövlət siyasətinin əsas istiqamətlərini müharibə veteranlarının, əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunması, hər cür qayğı ilə əhatə olunması təşkil edir.

GTM Qarabağ ofisinin rəhbəri Radə Telmanqızı Azərbaycanın suverenliyi, müstəqilliyinin qorunması və ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarını dərin ehtiramla yad edərək bildirib ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük müharibədə qazandığımız Zəfər xalqımızın minlərlə qəhrəman övladının canı-qanı bahasına, əsgər və zabitlərimizin, cəbhəyə könüllü yollanmış vətənpərvər gənclərimizin igidliyi və rəşadəti sayəsində tariximizə yazılmış şanlı salnamədir. Ölkəmizin ərazi bütövlüyü, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda şücaət göstərən qazilərə, bu yolda canını fəda edən qəhrəmanlarımızın ailələrinə diqqət və qayğı ilə yanaşmaq, şəhidlərimizin əmanətlərini qorumaq təkcə dövlətin deyil, bütün cəmiyyətimizin borcudur.

Görüş zamanı GTM Qarabağ ofisi və Güvən Xeyriyyə və Dostluq Cəmiyyəti tərəfindən şəhidin atasına əlil arabası və Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə bayram sovqatı təqdim edilib.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğı üçün minnətdarlıqlarını bildiriblər.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN