Son sutka ərzində Ukrayna Silahlı Qüvvələri (USQ) KXDR-in yaşayış məntəqələrini 35 dəfə atəşə tutub, atəş nəticəsində bir mülki şəxs həlak olub, daha dörd nəfər yaralanıb.

Bu barədə Ukraynanın Müharibə Cinayətləri ilə bağlı Məsələlərə Nəzarət və Koordinasiya Birgə Mərkəzində respublikanın nümayəndəliyindən məlumat verilib.

"Mülki şəxsin - qadının ölümü ilə bağlı məlumat daxil olub. Dörd mülki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb", - departament Telegram kanalında bildirib.

Bildirilir ki, ukraynalı millətçilər dinc əhalini minaatanlardan, iriçaplı artilleriyadan, o cümlədən NATO-nun 155 mm çaplı silahlarından, həmçinin “Qrad” reaktiv yaylım atəşi sistemlərindən atəşə tutub. Ümumilikdə 178 ədəd müxtəlif sursat atılıb.

Respublikanın 9 yaşayış məntəqəsi, o cümlədən Qorlovka şəhərətrafı, Donetsk və Makeevka şəhərləri atəşə tutulub, 12 ev və 4 mülki infrastruktur obyekti zədələnib.

Xatırladaq ki, fevralın 17-də Donetsk və Luqansk Xalq Respublikaları vəziyyətin gərginləşdiyini elan etmişdilər. Respublikalar mülki əhalinin evakuasiya edilməsini elan etdilər.

E.ŞİRİNOV

Pin It

Amerikanın The Hill qəzeti yazır ki, ABŞ və müttəfiqləri fəal şəkildə Kiyevi Moskva ilə danışıqlara sövq etməyə çalışırlar, lakin indiyədək Ukrayna prezidenti Vladimir Zelenskinin müqaviməti ilə üzləşirlər.

Pin It

Amerika Kosmik Agentliyi NASA Ukraynada işıqların kəsilməsinin peyk görüntüsünü dərc edib.

Pin It

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi həm işğal olunmuş ərazilərdə, həm də Rusiyanın özünün və müttəfiqlərinin ərazisində rus qoşunlarının yerləşdiyi 150-yə yaxın ərazinin kosmik radarla kəşfiyyatını həyata keçirib.

Pin It

Rusiya prezidenti Vladimir Putin xüsusi əməliyyat zamanı oğullarını itirən analarla itki acısını paylaşdığını bildirib. Rusiya lideri söz verib ki, Rusiya Federasiyası hərbçilərin ailələrinin dəstəyi hiss etməsi üçün hər şeyi edəcək.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN