Rusiya prezidenti Vladimir Putin xüsusi əməliyyat zamanı oğullarını itirən analarla itki acısını paylaşdığını bildirib. Rusiya lideri söz verib ki, Rusiya Federasiyası hərbçilərin ailələrinin dəstəyi hiss etməsi üçün hər şeyi edəcək.

"İstəyirəm biləsiniz ki, şəxsən mən və bütün ölkə rəhbərliyi bu ağrıya şərikik, başa düşürük ki, övladı, oğlunu heç nə əvəz edə bilməz. Xüsusən də hamımızın dünyaya borclu olduğu, onu dünyaya gətirən, yedizdirən ana üçün. Bilmənizi istəyirəm ki, bu ağrını sizinlə bölüşürük və təbii ki, unudulmamağınız üçün hər şeyi edəcəyik", - Putin deyib.

Rusiya lideri qeyd edib ki, ana üçün hər yaşda oğul uşaq olaraq qalacaq.

Prezident noyabrın 25-də Moskvada Donbasın qorunması üzrə xüsusi əməliyyatda iştirak edən rus əsgərlərinin anaları ilə görüşüb. Görüş Rusiyada noyabrın 27-də qeyd olunacaq Analar Gününə təsadüf edib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN