Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi həm işğal olunmuş ərazilərdə, həm də Rusiyanın özünün və müttəfiqlərinin ərazisində rus qoşunlarının yerləşdiyi 150-yə yaxın ərazinin kosmik radarla kəşfiyyatını həyata keçirib.

Kəşfiyyat ICEYE peykindən, həmçinin SAR peyk şəbəkəsinin məlumat bazasına müqavilə ilə daxil olmaqdan istifadə etməklə həyata keçirilib.

Bu barədə MNBKİ məlumat verib.

Qeyd olunur ki, ümumilikdə 2600-ə yaxın hərbi texnikanın yerləşdirilməsini aşkar etmək və təsdiqləmək mümkün olub.

Söhbət tanklardan, özüyeriyən artilleriya qurğularından, döyüş maşınlarından, helikopterlərdən, “İsgəndər”  taktiki raket, S-300 zenit-raket komplekslərindən, “Pantsir-S1” özüyeriyən zenit-raket və top sistemlərindən, düşmənin radar stansiyalarından, düşmən bölmələrinin yerləşdiyi yerlərdə ponton keçidləri, qayıqlar və çadırlardan gedir.

"Peykdən istifadə etməklə əldə edilən məlumatlar düşmənin meşə plantasiyalarında, istənilən hava şəraitində və gecə saatlarında gizli yerləşdirilməsini səmərəli şəkildə müəyyən etməyə imkan verib”, - "Ukrayna kəşfiyyatı bildirib.

Xatırladaq ki, 2022-ci ilin fevralın 21-də Rusiya Prezidenti Vladimir Putin qondarma Donetsk və Luqansk “Xalq Respublikaları”nın Rusiya tərəfindən tanınması barədə fərman imzaladı. Fevralın 24-də isə Moskva vaxtı ilə səhər saat 5:30-da Donbassda “xüsusi əməliyyat”ın başladığını elan etdi. O, bu addımı RF-nin Ukraynanın demilitarizasiyası və denazifikasiyası üçün səy göstərəcəyi ilə əsaslandırdı.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin bir müddət əvvəl Ukraynanın Xerson, Zaporojye, Donetsk və Luqansk vilayətlərinin rəsmi ilhaqını elan edib.

Və onların Rusiya Federasiyasının dörd yeni regionu olduğunu bildirib.

Hər iki tərəfin nümayəndə heyətinin dəfələrlə bir araya gəlməsinə baxmayaraq, sülhə nail olunmayıb.

JASMİN

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN