Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Şəmkir rayonunda əməliyyat keçirib.

Pin It

""Kontakt Home", mənim soyuducumu qaytarın!"

Pin It

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, ölkədə yanğın təhlükəsizliyinin təmin olunması istiqamətində müvafiq tədbirlərin görülməsini davam etdirir.

Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, bu çərçivədə, Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları meşələrdə və meşəətrafı sahələrdə apardıqları monitorinqlər zamanı Qəbələ rayonunun Nic qəsəbəsinin ərazisində qeyri-qanuni yolla ağac kömürü istehsal edən üç ədəd ocaqxana aşkarlayıb.

Qanunsuz fəaliyyətlə məşğul olan işbazlar tərəfindən kustar üsülla düzəldilmiş, heç bir yanğın təhlükəsizliyi qaydalarının tələblərinə cavab verməyən ocaqxanaların meşə ərazisində istismar edilməsi ərazidə yanğın təhlükəsini yaratmaqla, baş verə biləcək yanğının qısa zamanda geniş əraziyə yayılmasına, eləcə də təbiətə, insan həyatı və sağlamlığına təhlükə riskinin artmasına münbit zəmin yaradır.

Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə “Azərbaycan Respublikası meşələrində yanğın təhlükəsizliyi Qaydaları"nın 2.1.1-ci və 2.1.4-cü maddələrinin tələblərinə zidd olaraq meşə sahələrində ağac kömürü istehsal etmək üçün xüsusi ocaqxanalar təşkil edən Babayev Nazim Cəbrayıl oğlu barəsində FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətində fakt rəsmiləşdirilib və qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti dövlət qurumlarına rəsmi müraciətlər edilib.

E.ŞİRİNOV

Pin It

2017-ci ildə "Fedek" tikinti şirkəti Nəsimi Rayon İcra Hakimiyyətindən icazə alaraq, Bakıda Azadlıq küçəsi, 80 ünvanında yerləşən memarlıq abidəsi olan yaşayış binasını söküb. Qeyd edək ki, bina 1935-ci ildə məşhur Sovet memarı Konstantin Sençixinin layihəsi əsasında tikilmişdi, hələ uzun müddət Bakının bəzəyi ola bilərdi, el arasında "Mütəxəssislər Evi" adlandırılırdı. Bu binanın yanında "Aktyorlar Evi" də vardı.

Pin It

Ukraynanın Vaşinqtondakı səfiri, keçmiş maliyyə naziri Oksana Markarova Rusiyadakı bütün özəl banklara qarşı sanksiyaların tətbiqi ilə bağlı ABŞ Maliyyə Nazirliyinə sorğu göndərib.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN