Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev 44 günlük müharibədə könüllü iştirak edən bir sıra şəxslərə “Müharibə veteranı” statusunun verilməməsi ilə bağlı sosial şəbəkələrdə yer alan iddialara aydınlıq gətirib.

Pin It

Azərbaycanda on minlərlə insan “Azərsığorta” Şirkətinin qurduğu piramida tipli “loxotron” sisteminin qurbanına çevrilib...

“Təzadlar” qəzeti redaksiyasına daxil olmuş və Prezident İlham Əliyevə ünvanlı müraciəti aşağıda təqdim edirik:

Çox hörmətli cənab Prezident!

Hörmətli redaksiya!

Sizi “Azərsığorta” Kommersiya Şirkətinin soyğunçu əməlləri barədə məlumatlandırmağı özümüzə borc bildik və tədbir görülməsini istəyirik. Bu şirkət uzun illərdir ki, “loxotron” sistemi yaradaraq əhalini çapıb-talayır. Hər il xalqdan 100 milyonlarla pul yığır, amma sığorta ödəmək vaxtı gələndə müxtəlif bəhanələrlə və bıabırçı üsullarla pul ödəməkdən imtina edir, nəticədə insanlar fəlakət və müsibətlə üz-üzə qalırlar. Biz bir qrup şikayətçi dövlət başçımız İlham Əliyevə məktub yazıb xahiş etmişik ki, “Azərsığorta” kimi   şirkətlər Azərbaycanda qadağan olunsun, onların cinayətkar əməlləri hüquq müstəvisində araşdırılsın.

Qeyd edirik ki, Azərbaycanda on minlərlə insan “Azərsığorta” Şirkətinin qurduğu piramida tipli “loxotron” sisteminin qurbanına çevrilib. “Azərsığorta” Azərbaycan vətəndaşlarının maşınlarını, əmlaklarını sığorta edir, o cümlədən müharibə veteranlarının sığortalanmasını da öz cənginə keçirdib. Hansı ağılla bu cür şirkətə müharibə veteranlarının sığortalanmasını etibar etmək olar? Adam vətən uğrunda canını qoyaraq minaya düşür, amma gəlir Bakıya, Bakıda “Azərsoğorta” onu təzədən tələyə-”mina”ya salır, həyatını puç edir. Fikir versəz görərsiz ki, Azərbaycanda minlərlə adam “Azərsığorta” şirkətinin qapıları önündə sürünür, yalvarır, imdad istəyir, lakin “Azərsığorta” şirkəti onların birinə də olsun real kömək etmir. “Azərsığorta”nın xalqa köməyi yalnız kağız üzərindədir, onun özünə qurduğu bahalı reklam kampaniyalarındadır. Reallıqda isə “Azərsığorta” xalqın qanını içən cinayətkar yuvasıdır. Dövlətimiz bu cinayətkar yuvası haqqında tədbir görməlidir. Bu xalqın tələbidir, hüquqları pozulmuş, aldadılmış, ələ salınmış müharibə veteranlarının istəyidir.

“Elman Rüstəmovun Mərkəzi Bankı “Azərsığorta”nı ölkə qanunverciliyinə riayət etməyə, qaydalarla işləməyə çağırmaq əvəzinə, veteranlara deyir ki, gedin Xəyyam Hətəmovla dil tapın...”

Bu gün Azərbaycanda böyük bir veteranlar ordusu “Azərsığorta” Şirkətinin Departament direktoru Xəyyam Hətəmovla müharibə vəziyyətindədirlər. Veteranlar bu barədə dəfələrlə Mərkəzi Banka şikayətlər ediblər, lakin nədənsə Mərkəzi Bank veteranlara kömək etmək, dəstək vermək əvəzinə Xəyyam Hətəmovu dəstəkləyir, onun dediklərinə dəstək verir. Elman Rüstəmovun Mərkəzi Bankı “Azərsığorta”nı ölkə qanunverciliyinə riayət etməyə, qaydalarla işləməyə çağırmaq əvəzinə, veteranlara deyir ki, gedin Xəyyam Hətəmovla dil tapın, sizin problemlər bizlik deyil. Mərkəzi Bankı Xəyyam Hətəmovla nə bağlayır? Nəyə görə Mərkəzi Bank Xəyyam Hətəmovdan qorxur? Mərkəzi Banka vətən üçün canını qoymuş, əlil və yarımçılıq olmuş hərbçilər vacibdir, yoxsa adi bir “loxotron” şirkətinin rəhbəri?

***

“Azərsığorta” şirkəti Azərbaycanda elə oyunlar çıxarıb ki, bu oyunlar MDB ölkələrinin heç birində çıxarılmayıb. Azərbaycan xalqını aldadıb o qədər pullar yığıblar ki, başqa heç bir respublikada belə soyğunçuluqlar törədilməyib. Törədə də bilməzdilər. Görünür Azərbaycan xalqını zəif görüblər, ona görə də xalqı aldadaraq milyonlara sahibləniblər. O qədər harınlaşıblar ki, veteranlarımızı da saymırlar, onları insan yerinə qoymurlar. Bu gün “Azərsığorta” xalqdan milyonlarla pul topladığı halda, xalqın adi veteranları belə onun qapısında əl açıb dilənir, öz halal haqqı olan sığorta pulunu istəsə də, veteranları rədd edib dövlətdən narazı salırlar.

Məcbur olub Ali Baş Komandan cənab İlham Əliyevə müraciət edirik:

Cənab Prezident! Biz bu gün sizə hüquqları pozulmuş şəxslər kimi müraciət edirik. Neçə müddətdir halal haqqımız olan sığorta pulunu “Azərsığorta”dan ala bilmirik. Ona görə də bəzi məsələlərə aydınlıq gətirmək istəyirik.

“Azərsığorta”nın bu gün əsas önəm verdiyi qanunsuz və tələ sxemlərindən biri “Forma 4” deyilən sənəddir. “Azərsığorta” vətəndaşlara pulu həmin sənədin hesabına buraxır. “Forma 4”də avtoqəza baş verən zaman yaranmış situasiya göstərilir. Lakin “Azərsığorta” şirkətinin Departament direktoru Xəyyam Hətəmov “Forma 4”ə baxıb pulu ödəmək əvəzinə, ürəyi istədiyi vaxt həmin sənədi qəbul edir, ürəyi istədiyi vaxt isə qəbul etmir. Bu adam o qədər özünə arxayındır ki, ürəyi istədiyi vaxt Forma 4 sənədini ləğv edir. Bu səlahiyyəti ona kim verib?

 

Əsas məqsəd də odur ki, əhaliyə daha az sığorta pul ödənsin, yığılmış pullar isə “Azərsığorta”nın “daxili xərclərinə” xərclənsin.

Hər il “Azərsığorta” tərəfindən əhalidən 100 milyonlarla sığorta pulu yığılır. Müvafiq dövlət orqanları, hüquq mühafizə orqanları bu pulun taleyi ilə maraqlanmalıdır. Bu pullar necə olur, hara yoxa çıxır? Axı “Azərsığorta” Şirkəti həmin pulun heç cüzi hissəsini belə avtoqəzada xəsarət alanlara ödəmir! Əvəzində isə Xəyyam Hətəmov kimi direktorların xarici ölkələrdə, Antalyada, Almaniyada aldığı mülklərin sayı get-gedə artır. Faktiki olaraq Xəyyam Hətəmov Azərbaycan veteranlarının pulu ilə xaricdə özünə mülklər alır. Bu açıq-aşkar təxribatdır, belə ki, veteranlarda dövlətə qarşı böyük narazılıq yaradır. Mən sizə telefon danışığımızı təqdim edirəm. Telefon danışıqlarında Mərkəzi Bankın nümayəndəsi bildirir ki, sizə o pul düşür və ödəniləcək. Lakin Xəyyam Hətəmov hegemonluğunu işə salaraq pulu ödəməkdən imtina edir.

Biz bu gün Baş Prokurorluqdan, Hesablama Palatasından, Maliyyə Nazirliyindən xahiş edirik ki, “Azərsığorta” Şirkətinin Forma 4 sənədləri, eləcə də digər mühasibat sənədləri köklü şəkildə yoxlanılsın. Xəyyam Hətəmov Azərbaycan qanunverciliyini plastilin şəklinə salıb, ona istədiyi formanı verə bilir. Şikayətlərimizi Mərkəzi Banka edirik, ordan isə bizə bildirirlər ki, biz Xəyyam Hətəmovla bacarmırıq, gedin onu məhkəməyə verin, işinizi məhkəmədə həll edin.

Biz sizə 3 fərqli situasiya ilə əlaqədar Forma 4 təqdim edirik ki, görün bu Forma 4-lərə müxtəlif yanaşmalar hansı Azərbaycan qanunvericiliyinə sığar? Onda görəcəksiniz ki, Xəyyam Hətəmovun əməlləri necə əndirəbadidir! O prokurorluq işçilərini də aldararaq öz işlərini həyata keçirməyə müvəffəq olar.

Fikir verin, 3 dəfə avtoqəza baş vermişdir, Xəyyam Hətəmov hər dəfə Forma-4 məsələlərinə müxtəlif formada yanaşmışdır. Birində demişdir ki, hökmən Forma-4 lazımdır, pulu buraxmamışdır, o biri hadisədə Forma-4 olduğu halda pulu ödəməkdən imtina etmişdir, üçüncü hadisədə isə pulu saxta forma 4 əsasında buraxmışdır!

1-ci hadisə. 23.11.2013-cü ildə 90-JP-017 dövlət nömrə nişanlı avtomobilin piyadanı vurması nəticəsində baş vermiş qəzaya görə sığorta pulu ödəməkdən imtina edir, deyir ki, hökmən Forma-4 lazımdır.

2-ci hadisə. 08.04.2014-cü ildə 50-AE-109 dövlət qeydiyyat nişanlı avtobusla 90-CH-537 dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuşdur. 2 adam ölmüşdür, 18 nəfər xəsarət almışdır. Həmin hadisədə avtobusda biz müharibə qaziləri Məmmədov Samir Ağəmməd oğlu və digər qazilər da olmuşuq, xəsarətlər almışıq. “Azərsığorta”ya Forma-4 təqdim olunsa da, Xəyyam Hətəmov həmin sənədi tanımaqdan imtina edir və sığorta pulunu ödəmək istəmir. 1-ci hadisədən fərqli olaraq deyir ki, pulun buraxılması üçün Forma-4 əsas deyil.

3-cü hadisə. 31.08.2012-ci ildə 10-TF-428 dövlət qeydiyyat nişanlı avtobusla qatar toqquşmuşdur. Bu hadisəyə görə 50 min manata yaxın pul ödənilmişdir. Halbuki bu işin içindəki Forma-4 saxtadır. Forma 4-ü qanunla DİN verməli idi, həmin işdə isə aidiyyatı olmayan başqa orqan vermişdir. Xəyyam Hətəmovun bu cür oyunları çoxdur.

***

İndi biz müharibə veteranları narahat və çarəsiz  qalmışıq. Bilmirik Xəyyam Hətəmova Forma-4 verək, ya verməyək, yoxsa saxta Forma-4 düzəldib verək ki, 3-cü işdəki kimi bizə yetərincə pul buraxsın?

“Azərsığorta” şirkətinin bu cür saxtakar işləri yetərincədir. Dövlət orqanlarından xahiş etmişik ki, ən aşağısı bu 3 işin içindəki Forma 4-ləri yoxlasın, onların bir-birindən necə fərqlənməsinə baxsın. Ən əsası da 3-cü işdə saxta Forma 4-lə pul buraxılmasına hüquqi müstəvidə qiymət versin.

Baş Prokurorluqdan, Hesablama Palatasından, Maliyyə Nazirliyindən, İnvestisiya Holdinqindən xahiş etmişik ki, Xəyyam Hətəmovun bu qanunsuzluqlarını diiqqətlə araşdırsınlar.

Alı Vüsal,

şikayətçi

Redaksiyadan: Yazı çapa verilərkən şikayətçi Alı Vüsalla yenidən əlaqə saxladıq. O, şikayətini bir daha təsdiqlədi və bu barədə digər şikayətçilərlə bərabər geniş video-müsahibə verməyə hazır olduğunu bildirdi... 

 

 

 

 

Pin It

Hakim Elxan Əmirəliyevin katibi Şahin Sultanzadə, Məhkəmə sədrindən daha üstün səlahiyyətli olaraq, rayonda at oynadır və yıxmadığı ev qoymayıb

Cəlilabad rayon sakini Tacəddin Əsədov, bir çox dövlət orqanlarına və surəti “Təzadlar” qəzetinə unvanladığı şikayətin, az qala hər sətrində qan ağlayır.

Rayon Məhkəməsinin hakimi Elxan Əmirəliyevin törətdiyi qanunsuzluqlar, onun katibi Şahin Sultanzadənin görünməmiş biabırçı üsullarla özünə və hakimə pul yığması  barədə yazan T.Əsədov, bizimlə telefon söhbətində, bu cütlüyün rayon sakinlərinin başına açdıqları oyunlardan yana-yana danışdı.  

Hörmətli cənablar!

Cəlilabad Rayon Məhkəməsində elə alçaqlıqlar törədilir, elə acgözlüklə pul yığılır ki, sanki bu orqana heç bir dövlət nəzarəti yoxdur, başlı-başınadır. Biz rayon sakinləri Cəlilabad rayon Məhkəməsində törədilən özbaşınalıqlardan cana yığılmışıq və məhkəmə binası qarşısında etiraz aksiyası keçirmək istəyirik. Ona görə də istəyirik ki, haqq səsimizi siz də eşidəsiniz. Uzun müddətdir ki, biz cəlilabadlılar rayon məhkəməsində baş verən qanunsuzluqlardan və pul yığmalardan dövlət orqanlarına şikayətlər etsək də, nədənsə, heç bir nəticə yoxdur. Ona görə də istəyirik ki, siz mətbuat işçiləri olaraq, haqq səsimizi və fəryadımızı dövlət başçısına çatdırasınız. Rayonun Muğan kənd sakini Abasqulu Ağayevin 42 ilin pedaqoqu, tarix müəllimi Fəxrəddin Ağayevin, Üçtəpə kənd sakini Ramiz Yarıyevin hakim Elxan Əmirəliyevin və katibi Şahin Sultanzadənin rüşvətxorluğu, rayon sakinlərinin başına açdıqları müsibətlər barədə müxtəlif vaxtlarda bir çox sayt və qəzetlərdə yazılar dərc olunub.  

Cəlilabad Rayon Məhkəməsində mənim başıma hansı müsibərlər gətirdikləri barədə sizi məlumatlandırmaq istəyirəm. Mənim Moranlı kənd sakini Bəşirlə aramızda olan mübahisəyə görə Cəlilabad Məhkəməsinə müraciət etdim. Amma müraciət etməyimə peşman oldum. Belə ki,  Cəlilabad Rayon Məhkəməsində işi qanun prizmasından araşdırmaq əvəzinə, adamın başına elə oyun gətirirlər ki, müraciət edib, hüquqi yardım istədiyinə görə peşman olursan. Bunlar qanusuz əməlləri ilə dövlətçiliyimizə qəsdən belə ləkə gətirirlər ki, vətəndaşların Prezidentə, dövlətə inamını sarsılsıtsınlar. Ancaq biz rayon sakinləri qalib Ali Baş Komandan Prezident cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və dövlətimizə inanırıq.  

Hörmətli Cənablar

Məhkəmənin başıma açdığı oyunlar  belə başlayıb.  Rayonun Moranlı kənd sakini Bəşir Şükürova öz təsərrüfat texnikamı - traktor, kotan və selkamı vermişdim. Əvəzində ondan 12 min manat pul almışdım. Lakin sonradan aramızda narazılıq və mübahisə yarandı. Qərara gəldim ki, onun verdiyi pulu qaytarıb, texnikamı geri alım. Bunun üçün Cəlilabad Məhkəməsinə müraciət etdim. Lakin Cəlilabad Məhkəməsində dəllallığı ilə ad çıxarmış Məhkəmə katibi Şahin Sultanzadə işləri necə dolaşığa saldısa, başıma oyun gəldi, adi bir iş heç nədən şişərək baş bəlasına çevrildi.

Şahin Sultanzadə ortalıqda pulu görəndə qarşı tərəfə, yəni Bəşirə “xüsusi yanaşaraq”,  işi hiyləgərliklə elə qurdu ki, həm pulum  getdi, həm də məhkəmədə uduzdum.

Məhkəmənin gedişatında hakim Elxan Əmirəliyev mənə tələb qoydu ki, Bəşirdən aldığım pulu qaytarım və verdiyin texnikanı geri götürüm. Mən buna elə əvvəldən də razı olmuşdum. Belə ki, özümə də texnika lazım idi. Bəşirlə birgə oturub hesabladıq, o, mənim traktorumu il yarım işlədib, yararsız hala salmışdı. Ona görə də 8 min manat məbləğin qaytarılması üzərində dayanıb, razılaşdıq. Mən ona 8 min manat pul verdim və sınıq hala salınmış traktorumu geri götürdüm.

Məhkəmədə mən Elxan Əmirəliyevdən tələb etdim ki, pulu rəsmi şəkildə verim, Bəşirlə notariusa gedərək aktlaşdıraq ki, ona 8 min qaytardım. Lakin hakim Elxan Əmirəliyev dedi ki, nə rəsmi qaydaya, nə də notraial təsdiqə ehtiyac yoxdur. Burada hər şeyi mən həll edirəm, get kişinin pulunu qaytar, düzələcək. Mən də kənddə Bəşirə 8 min manat pul verdim, o traktorumu gətirib qaytardı. Bundan sonra Bəşirlə Məhkəməyə gəldik, bizi Elxan Əmirəliyevin katibi Şahin Sultanzadənin yanına göndərdilər. O Elxan Əmirəliyevin göstərişi ilə bizim hər ikimizdən ərizə aldı ki, 8 min manat pul qaytarılıb və öz aramızda razılığa gəlmişik.

Lakin sonradan mənə məlum oldu ki, həmin 8 min manatın alınmasında Şahin Sultanzadənin öz “marağı” var imiş. Və Şahin Sultanzadə məhkəmənin baxılmamış saxlanması məsələsini də qəsdən ortaya atıbmış ki, mən məhkəməni udmayım və sonradan isə, Bəşir özü mənə iddia qaldıraraq uduşda olsun.

Biz Bəşirlə razılaşaraq aralanmışdıq. Lakin üstündən 20 gün keçmiş mənə məhkəmədən məktub gəldi ki, Bəşirə 18 min manat pul ödəməlisən, ona “ziyan” vurmusan. Bu necə olur?

Mən dəhşətə gəldim, Məhkəmə binasına gəlib hakim Elxan Əmirəliyevə və katibi Şahinə öz etirazımı bildirdim. Onlar mənim üstümə qışqıraraq dedilər ki, get kişiyə o pulu da ver. Şahin Sultanzadə dedi ki, 8 min verən oğlan 18 min də verər, səninçün o summa nədir ki?

Demək birinci məhkəmədə mənim 8 min pulumu aldılar, indi də məcbur edərək 18 min ödətdirmək istəyirlər. Burada hakimlə katibin marağı nədir?

Şahin Sultanzadə bu cür “xidməti” qarşı tərəfə nəyin müqabilində göstərir? Bax bu özü maraqlı faktdır. Bunun detallarını mən gözəl bilirəm. Belə ki, Elxan Əmirəliyevin heç bir savadı olmaya-olmaya Şahin Sultanzadəni özünə nəyə görə katib götürdüyünü Cəlilabadda hamı bilir.

Əgər Şahinlə dil tapa bilsən, səninçün lap ölüm işini də bağlaya bilər. Mənim işimdə isə, o açıq-aşkar qarşı tərəfə vəkillik etdi və işi elə qurdu ki, mən uduzaraq, qarşı tərəfə çoxlu pul ödəyim. Belə işləri Şahin havayı görmür, bunu Cəlilabadda hamı bilir.

Məni təəccübləndirən odur ki, Şükürov Bəşir ərizə yazaraq məhkəməyə təqdim etdi ki, 8 mini aldım, razılaşdım, daha heç bir iddiam yoxdur. İkimiz də Elxan Əmirəliyevin məhkəmə zalında katib Şahin Sultanzadənin iştirakı ilə həmin ərizələri yazıb ona verdik. Bəs Bəşir öz əli yazıb qol çəkirsə ki, 8 mini aldım, niyə bir müddət sonra iddia qaldırır ki, almamışam?

Mən məhkəmə binasına gələrək Şahin Sultanzadədən tələb etdim ki, Bəşirlə yazdığımız 8 minin qaytarılması barədə ərizələrimizin surətini mənə versin. Lakin Şahin Sultanzadə mənə dedi ki, həmin ərizələr itmişdir! Məhkəmədə sənəd necə itə bilər? Əlbəttə, ərizələri Sahin qəsdən yoxa çıxartmışdır ki, bu da cinayət əməli sayılır.

Mən dərdimi rayonda çox adamlarla bölüşdüm və bir çox mətləblər mənə aydın oldu. Sən demə, bu Şahin Sultanzadənin köhnə metodikasıdır: o, işin içindəki sənədləri oğurlayıb cırır ki, qarşı tərəf işi uda bilsin.

Şahin Sultanzadə məhkəmədə çəkişən tərəflərin hansı biri ilə “razılığa” gəlirsə, qarşı tərəfin təqdim etdiyi tutarlı sənədləri işin içindən çıxardıb gizləyir, ya da cırıb yox edir. Ki qarşı tərəfin dəlilləri kifayət qədər olmasın, tutarlı müdafiə olunmasın və nəticədə lazım olan tərəf, yəni “xeyir” verən tərəf işi qazansın. Şahin Sultanzadə dəfələrlə bu çirkin metodlardan istifadə etmişdir və bunu rayonda çoxları bilir. Mənim də başıma bu oyunu açdı.

Şahin Sultanzadə həm də bunu ona görə edir ki, işi yoxlayan prokurorluq və ədliyyə orqanları işi tam araşdırıb ədaləti üzə çıxara bilməsinlər, elə görüntü yaransın ki, qarşı tərəf həqiqətən də sənəd və dəlilləri kifayət qədər olmadığı üçün məhkəməni uduzub.

Mən aidiyyəti dövlət orqanlarından soruşuram: dünyanın hansı ölkəsində bu cür çirkin üsullarla, camaatın evini yıxmaqla pul qazanırlar? Və bizə maraqlıdır ki, Şahin Sultanzadə bəs nə vaxt cəzalandırılacaq? Cəlıilabad Məhkəməsində bu özbaşınalıqlara nə vaxt son qoyulacaq?

Mən indi işi Apelyasiya Məhkəməsinə verməliyəm və aylarla sürünməliyəm. Nədi-nədi Elxanla onun katibi Şahin qaz vurub, qazan doldurlrlar, pula dəhşətli dərəcədə ehtiyacları var!

Birinci məhkəmədə Şahin Sultanzadə bizə hökmən dirəşdi ki, ərizə yazaraq ilkin iddiamın baxılmamış saxlanmasını xahiş edim. Mən buna etiraz etdim. Belə ki, mübahisəli iş olduğundan birbaşa qətnamə çıxarılmasını istəyirdim. Amma Şahin Sultanzadə çox çək-çevirlərdən sonra mənə həmin ərizəni yazdırdı. Mənim bu işlərdən başım çıxmadığımdan uzun-uzadı başa saldı ki, qanunla belə olur. Amma sonradan başa düşdüm ki, bunu nə məqsədlə edirmiş. Mən indi başa düşmüşəm ki, Şahin Sultanzadə niyə işə baxılmamış saxlanmasını istəyirmiş. Məhkəmə işçisi adamı məcbur edə bilərmi ki, işə baxılmamış saxlanması üçün ərizə yaz? Əgər işə baxılmayacaqdısa, biz niyə məhkəməyə müraciət edib, işin araşdırılmasını istəmişdik və aylarla məhkəməyə gedib gəlmişdik?

İndi nə qədər gedib gəlsəm də, Cəlilabad Məhkəməsinin hegemon katibi Şahin Sultanzadədən yazdığımız ərizələrin surətini ala bilmirəm. Gah deyir itib, gah deyir vermirəm, get hara şikayət eləyirsən elə.

Hörmətli cənablar!

Prezident Aparatından, Ədliyyə Nazirliyindən və Baş prokurorluqdan xahiş edirəm ki, həmin ərizələrin surətini Şahindən alınaraq mənə verilməsini təmin etsinlər.

Şahin Sultanzadə bu ərizələri ona görə gizlədib ki, mən Apelyasiya şikayəti  verəndə uduzum, əlimdə kifayət qədər dəlillər olmasın.

Xahiş edirəm ki, aidiyyətlı dövlət orqanları Şahin Sultanzadənin işi niyə birtərəfli aparmasına, tərəflərdən birinə nəinki vəkillik, hətta lobbiçilik dərəcəsində “krışalıq” etməsinə aydınlıq gətirsinlər və Cəlilabad sakinlərini  bu başa bəla katibin zülmündən qurtarsınlar. Eyni zamanda xahiş edirəm ki, Şahin Sultanzadə dövlət sənədlərini saxtalaşdırdığı və yox etdiyi üçün cinayət məsuliyyətinə cəlb edilsin.

Tacəddin Əsədov

Cəlilabad rayon sakini

(Çapa hazırladı: Elçin Məmmədli)

Pin It

Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları

Pin It

...İndi dünyanın diqqəti Ukrayna-Rusiya cəbhəsində baş verənlərə zillənib...
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN