Rusiya KİV-ləri artıq rəsmi məlumat yayıb ki, “Şimal axını” qaz kəməri bu gün  iyulun 11-i səhər saatlarında planlı baxışa dayanacaq.

Tezadlar.az Ria Novostiyə istinadla bildirir ki, planlı baxış iyulun 21-i səhərə qədər davam edəcək. Məlumata görə, “Şimal axını” üzrə işlər zamanı Rusiya qazının Qərbi və Mərkəzi Avropa ölkələrinə tədarükü üçün yeganə marşrut Ukrayna ərazisindən keçən yalnız bir tranzit xətti olaraq qalır. “Qazprom”dan bildirilib ki, Ukrayna tərəfi son vaxtlar təxminən gündəlik 40 milyon kubmetr həcmində ərizələri təsdiqləyib.

 “Türk axını” və “Mavi axın” (hər iki qaz kəməri də may və iyun aylarında planlı təmirdən keçiblər) vasitəsilə qaz tədarükü Türkiyə, həmçinin Cənubi və Cənub-Şərqi Avropa ölkələri üçün nəzərdə tutulub. Qaz kəmərinə texniki baxış üçün profilaktik dayanmalar ildə bir dəfə həyata keçirilir və qaz hasilatı və çatdırılmasının bütün zəncirinə təsir göstərir, lakin enerji şantajı fonunda Avropa İttifaqı Rusiyanın təmirdən istifadə edərək təchizatı tamamilə dayandıracağından ehtiyat edir. İyunun ortalarında İsə Rusiyanın qaz inhisarçısı “Qazprom” “Şimal axını-1” boru kəməri ilə Almaniyaya qaz tədarükünü əhəmiyyətli dərəcədə azaldıb və bunu Almaniyanın “Siemens” konserni tərəfindən idarə olunan avadanlıqların təmirinin gecikməsi ilə izah edib.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN