“Bu məzuniyyət hüququndan uşağının 3 yaşı tamam olanadək valideynləri, eləcə də ailənin başqa üzvləri istifadə edə bilərlər”.

Qismən ödənişli sosial məzuniyyət hüququ isə, hamiləliyə və doğuşa görə məzuniyyətlərdə qeyd olunduğu kimi, yalnız əmək müqaviləsi əsasında çalışan işçilərə aiddir.

Bu fikirləri insan resurslarının idarə olunması üzrə mütəxəssisi Nihad Əliyev bildirib.

 Onun sözlərinə görə, bu məzuniyyət hüququndan uşağının 3 yaşı tamam olanadək valideynləri, eləcə də ailənin başqa üzvləri istifadə edə bilərlər.

“Əmək Məcəlləsinin 127-ci maddəsinə əsasən, ailənin əmək müqaviləsi əsasında çalışan başqa üzvlərinin uşağın 3 yaşı tamam olana qədər qismən ödənişli sosial məzuniyyətə çıxmaq hüququ var. Burada maraq doğuran "ailənin başqa üzvləri" dedikdə kimlərin nəzərdə tutulmasıdır. Ata, ana, nənə, baba, xala, dayı, əmi, bibi və onların övladları ailənin üzvləri hesab olunur. Lakin bu şəxslər bəhs olunan hüquqdan o halda istifadə edə bilər ki, uşaqla bir ailədə, eyni ünvanda yaşayıb, əmək müqaviləsi əsasında çalışsınlar. Bu şərtlər daxilində həmin şəxslər müvafiq təsdiqləyici sənədləri iş yerinə təqdim edərək qismən ödənişli sosial məzuniyyətdən istifadə edə bilərlər”, - deyə qeyd edib.

Mütəxəssis qeyd edib ki, bəzən bu məzuniyyətin müddəti "3 il" kimi başa düşülür və bu, yanlışdır.

“Qismən ödənişli sosial məzuniyyətin müddəti uşağın 3 yaşı tamam olana qədər müəyyənləşdirilir. Bəzi hallarda qismən ödənişli sosial məzuniyyətin başlama tarixi də əmrdə yanlış göstərilir: qismən ödənişli sosial məzuniyyət səhvən uşağın anadan olduğu tarixdən rəsmiləşdirilir. Qismən ödənişli sosial məzuniyyətin başlama tarixi işçinin müraciəti əsasında, 126 təqvim günündən sonrakı, yəni hamiləliyə və doğuşa görə məzuniyyətin bitməsindan sonrakı ilk iş günündən etibarən qeyd olunmalıdır. Qismən ödənişli sosial məzuniyyətin ümumi müddəti isə uşağın 3 yaşı tamam olana qədərdir ki, bu da uşağın anadan olduğu tarixdən etibarən müəyyən olunur”- deyə bildirib.

 

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN