İyulun 19-da növbəti hərrac baş tututb.

Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən dövlət əmlakının özəlləşdirilməsi üçün keçirilən bu hərracda 1 yarımçıq tikili və 8 nəqliyyat vasitəsi özəlləşdirilib.

Nəqliyyat vasitələrinə olan tələbin çox olması səbəbindən, yenə də onların satışı rəqabətli keçib və qiymətin yüksəlməsinə səbəb olub. Məsələn, ilkin satış qiyməti 6.000 manat olan “Chevrolet Nival” markalı avtomobilə edilən ən son təklif 9.700 manatadək yüksəlib.

***

Xatırladaq ki, 2022-ci ilin birinci yarımilliyində nəqliyyat vasitələrinin satışa çıxarıldığı 24 hərrac keçirilib. Hərraclara çıxarılan 384 nəqliyyat vasitəsindən 319-u satılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,7 dəfə çoxdur. Nəqliyyat vasitələrinə olan sifarişlərin çoxluğu hərracları daha rəqabətli edib. Belə ki, 2022-ci ilin yanvar-iyun ayları ərzində nəqliyyat vasitələri üzrə ümumilikdə ilkin satış qiyməti 1.269.425 manat olsa da, rəqabətli hərrac nəticəsində bu, 1.620.911 manat təşkil edib. Başqa sözlə, təklif ilkin satış qiymətindən 351.486 manat çox olub.

Cari ilin ilk 6 ayı ərzində nəqliyyat vasitələrinin hərracından dövlət büdcəsinə daxil olan vəsait 1,22 milyon manat olmaqla, ötən ilin eyni dövrü ilə müqayisədə 4,8 dəfə çoxdur.

***

Ötən gün keçirilən hərracda özəlləşdirilən yarımçıq tikili isə Xaçmaz rayonunun Nabran kəndində yerləşir. Dövlət Xidməti bu hərracda  özəlləşdirilmiş əmlaklar üzrə dövlət büdcəsinə 96.750 manat vəsait ödəniləcəyini açıqlayıb.

Qeyd edək ki, cari ay üzrə növbəti hərraclar sabah - 21 iyulda və 26-da keçiriləcək.

 

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN