Neçə illərdir ki, Azərbaycanda nağdsız ödənişlərin həyata keçirilməsi üçün ƏDV ödəyicilərinin bütün təsərrüfat subyektlərində (obyektləri ),

müəssisələrdə, səhiyyə, istirahət obyektlərində ...  müştərilərlə hesablaşmaların aparılması üçün POS-terminallar quraşdırması məcburidir.

Lakin elə restoran, hətta klinika var  (həkim icazə versin deyirlər -red ) ki, ödənişin kart vasitəsilə aparılmasının əleyhinə olurlar və nağd ödəniş tələb edirlər.

“Hər hansı market, restoran və ilaxır obyekt nağdsız  ödənişdən imtina edə bilərmi?” - sualını   Dövlət Vergi Xidməti belə cavablandırıb:

“ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 4 oktyabr tarixli 219 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində POS-terminalların quraşdırılması, istifadəsi və tətbiqi Qaydaları” və həmin Qaydalara 1 nömrəli əlavə “Ərazilər üzrə POS-terminalların mərhələlərlə tətbiqi cədvəli” və “POS-terminallar quraşdırılacaq obyektlərin müəyyənləşdirilməsi meyarları”na uyğun olaraq ölkə ərazisində POS-terminalların quraşdırılması məcburi olan obyektlərin siyahısı və POS-terminalların quraşdırılması tarixi müəyyən olunmuşdur.
Həmin qərara əsasən, dövriyyəsindən və ərazisindən asılı olmayaraq, ƏDV ödəyicilərinin bütün təsərrüfat subyektləri (obyektləri) (vergi ödəyicisinin ƏDV məqsədləri üçün qeydiyyata alındığı tarixdən), dövriyyəsindən və ərazisindən asılı olmayaraq, avtomobil və mebel satışı üzrə ixtisaslaşmış müəssisələr, idman və sağlamlıq kompleksləri, səhiyyə obyektləri, istirahət və əyləncə obyektləri, mehmanxanalar, şadlıq evləri, yanacaqdoldurma məntəqələri, hava, su, dəmiryol və avtomobil nəqliyyatı vasitələri ilə sərnişindaşımada biletlərin satışını həyata keçirən satış məntəqələri və turizm şirkətləri (təsərrüfat subyektinin (obyektinin) qeydiyyata alındığı tarixdən), rüb üzrə orta aylıq dövriyyəsi 2.000 (iki min) manatdan artıq olan vergi ödəyicilərinin bütün təsərrüfat subyektləri (obyektləri), hüquqi şəxslərə və fərdi sahibkarlara məxsus minik avtomobili ilə (taksi) sərnişin daşınmasını həyata keçirən nəqliyyat vasitələri və vergilərin və göstərilən xidmətlərə (işlərə) görə dövlət rüsumlarının və haqlarının ödənişini qəbul edən dövlət orqanları müştərilərlə hesablaşmaların aparılması zamanı məcburi qaydada POS-terminallar quraşdırmalıdırlar”, - deyə bildirilib.

Həmçinin vurğulanıb ki,  Vergi Məcəlləsində edilmiş dəyişikliyə əsasən, 1 yanvar 2020-ci il tarixdən POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminal quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə görə, vergi ödəyicisinə təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1.000 manat məbləğində, təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 3.000 manat məbləğində, təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə isə 6.000 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcəkdir.

Odur ki, nağd ödəniş tələb edən obyekt  sahibləri bilməlidir ki, nağd ödəniş tələb etdiyiniz hər hansı bir şəxs bu barədə DVX-nə xəbər verə bilər.

Və siz yol verdiyiniz qanun pozuntusuna görə ( il ərzində sayından asılı olaraq) 1000, 3000, 6000 manat cərimə oluna bilərsiniz.  

Dövlət Vergi Xidmətinin bu barədə hazırladığı videoçarxı da sizə təqdim edirik:


Y.MƏMMƏDLİ

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN