Rusiya və Türkiyə ilə birlikdə Qara dənizdə Ukrayna taxılı ilə yüklü gəmilərin təhlükəsizliyini

üçüncü tərəf təmin edəcək, o daha sonra müəyyən ediləcək.

TEZADLAR.AZ xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov Qahirədə Ərəb Dövlətləri Liqasına üzv ölkələrin daimi nümayəndələri ilə görüşü zamanı deyib.

"İstanbulda biz razılığa gələ bildik. Ukrayna minalardan təmizləmə ilə məşğuldur, açıq dənizə gəmilər buraxır, Rusiya, Türkiyə və digər müəyyən olunacaq iştirakçı gəmini Bosfora qədər müşayiət edir", - deyə S.Lavrov bildirib.

 O qeyd edib ki, İstanbulda sazişlərlə eyni vaxtda imzalanmış Rusiya-BMT memorandumu “BMT-nin baş katibinin üzərinə prosesə başlamaq, Qərb ölkələrini razı salmaq və Rusiya taxılının ixracına qoyulan bütün məhdudiyyətlərin aradan qaldırılması barədə qərar qəbul etmələrinə nail olmaq öhdəsini qoyub”.

trend

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN