Dəmgil xəstəliyi tumlu meyvə bitkilərinə ən çox zərər verən və Azərbaycan şəraitində çox yayılan göbələk xəstəliklərindən biridir. Onu Fusicladium cinsinə aid göbələklər törədir. Bu xəstəlik zamanı meyvənin səthində girdə, tutqun boz rəngli ləkələr əmələ gəlir.

Meyvələrin erkən müddətlərdə zədələnməsi daha qorxuludur, çünki dəmgil ləkələrinin altında mantarlaşmış qoruyucu toxuma əmələ gəlir və meyvənin belə yerləri inkişaf etmir. Meyvə birtərəfli böyüyür, onun zədələnmiş yerlərinin toxuması çatlayır. Belə meyvələr əmtəəlik dəyərini, tamını itirir və uzun müddət saxlanıla bilmir. Yetişməsinə az qalmış zədələnən meyvələrin forması dəyişilmir. Bu meyvələr çatlamır, lakin 2-ci sorta aid edilir. Xəstəlik saxlanılma zamanı artmır və sağlam meyvələrə keçmir.

Dəmgil meyvənin xarici görünüşünü korlayır, tənəffüsü sürətləndirdiyindən şəkərin və C vitamininin miqdarı azalır. Standarta görə meyvələrin azacıq dəmgil xəstəliyinə tutulmasına yol verilir.

Dəmgil хəstəliyi ən çох yayılmış göbələk хəstəliyidir. Dəmgil xəstəliyinə alma və armudun çiçəkləri, yarpaqları, zoğları və meyvələri tutulur. Alma və armudun yarpağını, birillik zоğlarını, çiçəkləri və meyvələri yоluхdurur. Yarpaqlarda sarı-yaşıl qоturlar əmələ gəlir. Əsasən nəmişlik çох оlanda güclü yayılır.

Yaz aylarında yağıntıların miqdarının normadan artıq olması və havanın temperaturunun aşağı olması meyvə bağlarında  dəmgil, qara xərçəng, pas, septorioz, unlu şeh, bakterial xərçəng, ağaclarda yanıq və sair xəstəliklərin geniş yayılmısına şərait yaratmış olur.

Bu il də, yaz aylarında respublikanın şimal və şimal-şərq bölgələrində havaların qeyri-sabit keçməsi, tez-tez yağmurlu günlərin günəşli günlərlə əvəzlənməsi bu bölgələrdə alma bağlarında dəmgil xəstəliyiyinin geniş yayılmasına səbəb olmuşdur.

Bu xəstəliyə əsasən  alma və armud tutulur. Alma dəmgilini Venturia inaegualis, armud dəmgilini isə Venturia purna göbələyi törədir. Hər növ göbələk yalnız bir bitkidə xəstəlik əmələ gətirir. Göbələk təkcə meyvələri deyil, bitkinin yarpaqlarını da zədələyir.

Dəmgil yarpaqların üzərində qonur örtüyün əmələ gəlməsi ilə başlayır, sonradan bu yarpaqlar quruyur və tökülür. Yoluxmuş meyvələrin qabığının üzərində kiçik solğun-tünd rəngli, sərhədləri dəqiq görünən ləkələr əmələ gəlir və meyvələr çirkin görünüş alır. Meyvələrin yoluxmuş hissələrində çatlar yaranır. Belə meyvələrdəki ləkələr saxlama zamanı böyüyür və meyvə soluxur. Dəmgil meyvədə çürümə əmələ gətirməsə də bunun üçün mühit yaradır.

Alma və armud bitkisində dəmgil xəstəliyinin infeksiya mənbəyi tökülmüş xəstə yarpaqlardır. Xəstəliyin inkubasiya müddəti 8-21 gün davam edir.

Bu yaranan fəsadları aradan qaldırmaq üçün kompleksi mübarizə tədbirlərini həyata keçirmək lazımdır.  Xəstəliklərlə mübarizə məqsədilə aqrotexniki tədbirlər tam yerinə yetirilməli, budama vaxtında aparılmalı, vegetasiyanın sonunda xəstəliyə yoluxmuş bitki qalıqları məhv edilməli, qışlayan infeksiya mənbəyini məhv etmək üçün bağlarda “Qış müalicəsi yağları”, “ABC” və ya “Volk-92” preparatı və “İmidakloprid” tərkibli insektisidlərdən (imidor, imidal, imidan və s.) biri ilə birlikdə çiləmə aparılmalıdır. Dəmgil xəstəliyinə qarşı ağaclarda qönçələrin formalaşması dövrü-1%-li Bordo məhlulu, 0,5%-li Monika bordo preparatları ilə 10-12 gündən bir çiləmə aparılmalıdır. Yağıntıların intensiv olduğu dövrlərdə çiləmələrin sayı artırılmalıdır. İstifadə olunan işçi məhlulun məsarifi 800-1000l/ha-dır.

Vegetasiya müddətində xəstəliyə qarşı aşağıdakı tərkibli preparatlardan istifadə etməklə  kimyəvi mübarizə aparılması məsləhətdir: Xlorotalonil 500 q/l—2-2.5q/ha, 62.85 q-l Misə bərabər mis-sulfat—125ml/100l suya, Captan 500q/kq-150q/100 l suya, Difenokonozol 125q/l+Siflufenamid 15q/l-0.5-0.7l/ha, 80% Maneb-300 q/100 l suya,Tiram 800 q/kq-150 q/100 l suya, Xloroksid 500 q/kq-400 q/100 l suya.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN