Beynəlxalq Valyuta Fondu (BVF) Türkiyə iqtisadiyyatı üçün artım proqnozlarını 2022-ci ildə 2,7 faizdən 4 faizə, 2023-cü ildə isə 3 faizdən 3,5 faizə qaldırıb.

TEZADLAR.AZ xəbər verir ki, BVF “Dünya iqtisadiyyatının inkişaf perspektivləri” adlı hesabatını yeniləyib.

Hesabatda Türkiyə iqtisadiyyatı üçün bu il 4 faiz, gələn il isə 3,5 faiz artım proqnozu müəyyənləşdirilib.

 

BVF-nin aprel ayında açıqladığı proqnozlarda Türkiyə iqtisadiyyatının 2022-ci ildə 2,7 faiz, 2023-cü ildə isə 3 faiz artacağı proqnozlaşdırılıb.

Qlobal iqtisadi artım proqnozlarının aşağı salındığı hesabatda qlobal iqtisadiyyatın bu il 3,2 faiz, gələn il isə 2,9 faiz artacağı proqnozlaşdırılır.

trend

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN