“….Bir sıra sektorlarda daha yüksək artıma nail olunması qeyri-neft sektorunun ümümi iqtisadiyyatdakı payının növbəti 4 ildə hissolunacaq dərəcədə artacağından xəbər verir.”

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”ndan – iqtisadi artımdan bəhs edərkən bildirib.

Onun sözlərinə görə, Strategiyanın icra olunacağı müddətdə ölkə iqtisadiyyatının hər il orta hesabla 3-4, qeyri-neft-qaz ÜDM-in isə təxminən 5 faiz artacağı proqnozlaşdırılır. Vüqar Bayramov özəl sektorun iqtisadiyyatda payının 88 faizə çatdırılmasının nəzərdə tutulduğunu bildirib.

“Son illərin statistik rəqəmləri, təcrübəsi, strategiyada hədəflənmiş istiqamətlər bir daha təsdiq edir ki, Azərbaycanın iqtisadi artımında qeyri-neft sektoru lokomativə çevrilməkdədir. Bu, cari ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekun göstəricilərində də özünü göstərdi. Həmin dövrdə Azərbaycan iqrtisadiyyatı 6,2 faiz, qeyri-neft sektoru 9,6 faiz artıb. Əvvəlki ildə də oxşar artım tempi qeydə alınmışdı”, - deyə qeyd edib.

O, vurğulayıb ki, qeyri-neft sektorundakı artım ümumi iqtisadi artımla müqayisədə daha çoxdur və strategiyaya uyğun olaraq, Azərbaycanın qeyri-neft ixracı 80 faiz artacaq.

 Vüqar Bayramovun sözlərinə görə, strategiyaya uyğun olaraq, iqtisadi inkişafda neftdənkənar sektorun payının artması, xüsusilə sənaye, turizm, xidmət, kənd təsərrüfatı kimi prioritet istiqamətlərdə artım tempinin qorunub saxlanılması, bir sıra sektorlarda daha yüksək artıma nail olunması qeyri-neft sektorunun ümümi iqtisadiyyatdakı payının növbəti 4 ildə hissolunacaq dərəcədə artacağından xəbər verir.

 

JASMİN

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN